Nida Xəbər
Qarabağda yaxınlaşan MÜHARİBƏ: ölkədən qaçan ermənilər və Sarkisyanın yeganə ÇIXIŞ YOLU
Ermənistanda parlament seçkiləri başa çatdı və bundan
sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların
dalandan çıxıb-çıxmayacağı maraqlıdır. Xüsusilə İrəvan danışıqlar
masasına gətiriləcəkmi, yoxsa, əvvəlki kimi qeyri-konstruktiv
yanaşma davam edəcək?!
Publika.az xəbər verir ki, Ermənistanın Mərkəzi Seçki
Komissiyası seçkiyə tam olaraq yekun vurub və protokolu imzalayıb.
Partiya və siyasi blokların əldə etdiyi mandatlar məlum olub. Levon
Ter-Petrosyanın lideri olduğu “Erməni milli konqresi”nin seçkilərin
etibarsız elan edilməsi ilə bağlı tələbi komissiya tərəfindən rədd
edilib.
Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyası 58 mandat əldə
edib. Hansı ki, hökuməti təkbaşına formalaşdırmaq üçün 54 mandat
yetərli idi. Deməli, Ermənistanda hakim partiya koalisiya olmadan
da, hökuməti qura biləcək.
Ekspertlər seçkidən sonra Ermənistanın Qarabağ danışıqlarına
yanaşmasının necə olacağı haqda iki fərqli fikir
səsləndirirlər.
Birinci yanaşmaya görə, Sarkisyan hakimiyyətini gücləndirdi və
bundan sonra danışıqlardan qaçacaq, həmçinin, Azərbaycana qarşı
təcavüzkar ritorikanı gücləndirəcək.
İkinci yanaşmaya görə, seçki başa çatandan sonra Sarkisyan Minsk
qrupu tərəfindən danışıqlar masasına əyləşməyə məcbur ediləcək.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru
Vladimir Suxov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri
ölkələri və beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə
tənzimlənməsi üçün aktiv səylər göstərir: “Bu istiqamətdə iş bütün
səviyyələrdə davam edir. Hesab olunur ki, tərəflər danışıqlar
masasına qayıdacaq və dialoqu yeniləyəcəklər. Lakin Ermənistanda
seçkinin nəticələri ilk baxışda göstərir ki, İrəvanın indiki siyasi
kursuna alternativlər yoxdur və Ermənistan Qarabağ münaqişəsində
danışıqlar masasına gəlməyəcək. Laki bu, yanlış təsəvvürdür. Çünki
qeyri-konstruktiv yolu davam etdirmək münaqişənin gec-tez böyük
müharibəyə çevrilməsinə gətirib çıxaracaq. Buna görə də prezident
Sarkisyanın öz xalqına başqa seçim təklif etməyinin vaxtı gəldi.
Bu, Qarabağ münaqişəsinin nizama salınmasında mühüm addımlara
getməkdir. Gecikmək, Ermənistan üçün ölümü yaxınlaşdırır”.
Bu arada, seçkidən sonra da Ermənistanda emiqrasiya təhlükəsi davam
edir. Ermənistanın Milli Statistika Xidmətinin məlumatına görə,
2016-cı ildə Ermənistanı 54 min 31 insan tərk edib və geri
qayıtmayıb. 2015-ci ildə bu, 47 min 676, 2014-cü ildə isə 47 min 74
idi.
Erməni siyasi şərhçi Aram Amatuni deyir ki, emiqrasiya Ermənistanın
milli təhlükəsizliyi üçün böyük təhlükədir: “Rəsmi rəqəmlər real
göstəricinin müəyyən bir hissəsidir. Reallıqda emiqrasiya daha
böyükdür və hazırda da davam edir”.
Ekspert ermənilərin ölkəni tərk etməsinin bir sıra səbəblərinin
olduğunu qeyd edib.
“Bura iqtisadi problemlər, üzləşdikləri özbaşınalıq, həmçinin,
müharibə qorxusu kimi amillər daxildir. Lakin ermənilərin kütləvi
şəkildə köçünə baxmayaraq, seçkilər vaxtı Mərkəzi Seçki Komissiyası
seçicilərin sayını şişirdir”, - deyə ekspert vurğulayıb.
Asif
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı