Lapşin tibbi müayinə edildi
Bizi izləyin

Nida Xəbər

Lapşin tibbi müayinə edildi

Onun istintaq müddəti iyulun 15-dək uzadılıb.

Rusiyanın Bakıdakı səfirliyi Azərbaycanda saxlanan Rusiya vətəndaşı Aleksandr Lapşinlə bağlı vəziyyəti izləməkdə davam edir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O qeyd edib ki, bloqerin işi ilə bağlı istintaq müddəti iyulun 15-dək uzadılıb.

M.Zaxarova əlavə edib: “A.Lapşin tərəfindən saxlanma şəraiti ilə bağlı şikayətlər daxil olmayıb. Səfirliyin xahişi ilə A.Lapşin tibbi müayinə edilib. Biz vəziyyəti nəzarət altında saxlayırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm