Ermənilər Qarabağda ağır artilleriya və zirehli texnikaları işə saldı
Bizi izləyin

Nida Xəbər

Ermənilər Qarabağda ağır artilleriya və zirehli texnikaları işə saldı

Ağır artilleriya və zirehli texnikalardan açılan atəş səsləri rayonun bütün yaşayış məntəqələrində eşidilir. 

Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlim keçirir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilər bu gün saat 11:00-dən etibarən Ağdamın Uzundərə adlanan ərazisində təlimlərə başlayıb.

Erməni hərbçilər irimiqyaslı hərbi təlimlərdə əsasən ağır artilleriya qurğularından istifadə edirlər. Ağır artilleriya və zirehli texnikalardan açılan atəş səsləri rayonun bütün yaşayış məntəqələrində eşidilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm