Azərbaycan ermənilərin Avropadakı “qalası”nı fəth etdi – Düşməndən gözlənilməz ETİRAF
Bizi izləyin

Nida Xəbər

Azərbaycan ermənilərin Avropadakı “qalası”nı fəth etdi – Düşməndən gözlənilməz ETİRAF

Mane ola bilmədiklərini bildirib.

Fransa erməni təşkilatlarının koordinasiya şurasının (CCAF) həmsədri, “Nouvelles d'Armenie” jurnalının baş redaktoru Ara Toronyan Azərbaycana məğlub olduqlarını etiraf edib.

Publika.az
xəbər verir ki, A.Toronyan Fransadakı ermənilərin Azərbaycanın aktiv fəaliyyətinə mane ola bilmədiklərini bildirib.

“Görünür, Azərbaycan daha mütəşəkkil şəkildə təşkilatlanıb. Fransa ilə Azərbaycan arasında əhəmiyyətli ticarət-iqtisadi sənədlər imzalanıb. Əminəm ki, Azərbaycan iqtisadi əlaqələri “siyasi ling” olaraq istifadə edir. Biz buna qarşı çıxmağa çalışırıq, fransız hakimiyyəti ilə bütün görüşlərdə Dağlıq Qarabağ məsələsini qaldırır. Lakin biz Azərbaycanın qarşısında acizik və Fransa ilə münasibətlərini dayandırmağı bacarmırıq. Fransada erməni diasporunun fəaliyyəti Azərbaycanın gördüyü işlərin fonunda çox sönük görünür”, - deyə o bildirib.

A.Toronyan əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev həqiqətən bütün gücünü işə salaraq, öz ölkəsinin xeyrinə addımlar atır: “İlham Əliyevdən fərqli olaraq, Ermənistan hakimiyyəti xarici siyasətə və ümummilli məsələlərə tüpürərək, şəxsi maraqları uğrunda boğuşur. Ermənilər dəfələrlə belə hallarla rastlaşıblar və bizim hökmdarlarımızın fərasətsizliyi onlara baha başa gəlib”.

Qeyd edək ki, ABŞ-la yanaşı, Fransa erməni diasporunun ən güclü olduğu ölkələrdən biridir. Hətta Fransa ermənilərin Avropadakı “qalası” hesab olunur. Lakin görünür, rəsmi Bakının apardığı siyasət ermənilərin məğlubiyyəti ilə nəticələnib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm