Məscid etirazının arxasında kim var? – Vahid Əhmədovdan AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Məscid etirazının arxasında kim var? – Vahid Əhmədovdan AÇIQLAMA

Bu məsələ ilə bağlı təxribatın olması mümkündür.

“Yasamal rayonu Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında qəfil yaranan vəziyyət xarici qüvvələrin təxribatı da ola bilər”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

V.Əhmədov deyib ki, bu məsələ ilə bağlı təxribatın olması mümkündür:

“Bütün bunlara görə də həmin ərazidə namaz qılan insanlar özləri başa düşməlidir ki, dövlətin atdığı addımlarda heç bir mənfi hal yoxdur. Həmin insanlar nəzərə alsınlar ki, Sovet İttifaqı dövründə cəmi 17 məscid var idi. Ancaq hazırda Azərbaycanda 2 min məscid var. Ötən illər ərzində Azərbaycanda məscidlərin sayı 100 dəfədən də çox artıb. Ona görə də həmin insanlar başa düşsün ki, əgər o məscid sökülürsə, onun əvəzinə mütləq yeni məscid tikiləcək. Buna görə narahatlığa əsas yoxdur”.

Deputat qeyd edib ki, heç kəs məscidin sökülməsini istəməz: “Ancaq məscid yararsız vəziyyətə düşübsə, bu ilk növbədə orada namaz qılan insanların həyatı üçün təhlükəlidir. Müəyyən inanclı insanlar var ki, həmin məsciddə namaz qılırlar və sairə. Dövlət də həmin məscidin əvəzində daha müasir və geniş məscid inşa edəcək. Bu, dövlətin apardığı strateji xətdir və heç kəs buna qarşı çıxa bilməz. Artıq cənab Prezident də tapşırıq verib ki, məsələyə müvafiq komissiya tərəfindən baxılsın və sairə”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm