Nida Xəbər
Orduxan Teymurxanın ailə üzvləri Azərbaycan prezidentinə müraciət etdi
Bir müddətdir Hollandiyada yaşayan və özünü bloqer kimi qələmə verən Orduxan Teymurxanın ailə üzvləri və yaxın qohumları Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər.
Müraciətdə bildirilir: “Ölkəmizdə yaşamayan və Azərbaycan vətəndaşlığı belə olmayan bir şəxsin respublikamız və onu tərəqqiyə və inkişafa doğru aparan hörmətli prezidentimizin ünvanına heç bir həqiqətə uyğun olmayan ifadələr işlədilməsini pisləyir və şiddətlə qınayırıq. Onun Azərbaycandan kənarda hansısa xarici qüvvələrin təsiri altında həyata keçirdiyi anti-Azərbaycan fəaliyyətini dövlətimizə və xalqımıza qarşı xəyanət kimi qiymətləndiririk. Hesab edirik ki, bu günə kimi həyatda heç bir nailiyyət əldə etməmiş, savadsız bir adamın Azərbaycan hakimiyyətinə iradlar bildirməsi yolverilməzdir”.
Müraciət müəllifləri qeyd edirlər ki, onlar prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir və daim dəstəkləməkdə davam edəcəklər: “Prezidentimizin yeritdiyi siyasətə və dövlətimizin qanunlarına qarşı çıxan bu şəxsə öz etirazımızı bildiririk”.
Müraciəti Orduxan Teymurxanın qardaşı Bəbir Bəbirov, bacıları Rübabə Zeynalova, Sədaqət Ağayeva, Südabə Əliyeva, həmçinin yaxın qohumları Səbuhi Zeynalov, Vüsal Əliyev, Vasif Əliyev, Tural Əliyev, Xəyalə Bəbirli, Turan Bəbirli, Xumar Nəzərova və Vəli Əliyev imzalayıblar. (apa)
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı