Kimlərə qaldı dünya: Trampın iki dodağının arasındakı müharibə - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Xəbər

Kimlərə qaldı dünya: Trampın iki dodağının arasındakı müharibə - GÜNÜN SİYASİ XÜLASƏSİ

Putinin gizli planını reallaşdırdığını deməyə əsas verir.

Uzaq Asiyada müharibə təhlükəsi qalmaqdadır. ABŞ-ın bölgəyə hərbi gəmilərini çıxartmasından sonra, Şimali Koreya ordunu hazır vəziyyətə gətirib. Buna paralel olaraq, Suriyada da gərginlik artır. Yaxın Şərqdə Rusiyanın Amerika üz-üzə gəlməsi fonunda “Putin NATO-su” adlanan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) erməni baş katibi təyin olunması nəhayət ki baş tutdu.

KTMT-nin baş katibinin səlahiyyətlərini müvəqqəti icra edən Valeri Semerikov bildirib ki, baş katib vəzifəsinə təyinat təşkilata üzv dövlətlərin rəhbərlərinin bu gün Bişkekdə keçirilən iclasında reallaşıb.

Yeni baş katib Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturovdur. Bununla Ermənistanın öz arzusuna çatdığı hesab olunur. Lakin Yuri Xaçaturovun Moskvaya bağlılığı Putinin gizli planını reallaşdırdığını deməyə əsas verir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qarabağ

Ermənistanın silahlı qüvvələrinin bölmələri isə cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 82 millimetrlik minaatanlardan (5 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub Müdafiə Nazirliyinin məlumatına görə, Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Kəmərli, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu və Əlibəyli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Mərzili, Şıxlar, Sarıcalı, Baş Qərvənd, Cəvahirli, Yusifcanlı, Xocavəndrayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam,Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Ordusunun dünən genişmiqyaslı hərbi təlimlərə başlaması fonunda ermənilərin cəbhədə atəşkəsi pozması təsadüfi deyil.

Halbuki, Ermənistan ordusundakı acınacaqlı vəziyyət bu ölkənin özü tərəfindən etiraf edilir. Erməni jurnalist Romella Mnaçakanyan yazır ki, Ermənistan ordusunda vəziyyət acınacaqlıdır: “Əsgərlərin qeyri-döyüş şəraitində, müəmmalı şəraitdə ölməsi halları çoxalıb. Bu müharibənin ən qorxunc nəticəsidir. Lakin müharibə başqa ölkə ilə deyil, ordunun daxilində aparılır və öldürən də, ölən də erməni əsgəridir. Sarkisyan “aprel müharibəsi”ndə itkiləri gizlədərək, cəmiyyəti aldatdı. O, insanlara hər şeylə bağlı yalan danışır və onun kadrı olan Viqen Sarkisyan da məntiqi ardıcıllığa uyğun olaraq, əsgər analarını qəbul etmək istəmir, onlara “bu mənim işim deyil” deyə bildirir. Bu gün orduda korrupsiyadan tutmuş, əsgərlərin təhqir olunmasına qədər bütün iyrəncliklər var. Orduya döyüşməyə gedən əsgərlər yüksək rütbəli zabitlərin düşmənçiliyi ilə qarşılaşırlar. Bütün əsgərlər təşviş içindədir və onların xidməti də belə başa çatır. Təbii ki, qətlə yetirilməsələr...”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Erməni politoloq İqor Muradyan isə Ermənistanın artıq bir dövlət kimi mövcud olmadığını deyib.

Onun sözlərinə görə, bir müddət sonra Ermənistan BMT-də suveren dövlət olması məsələsini də qaldıra bilməyəcək.

“Ermənistan artıq suveren dövlət kimi mövcud deyil, o Rusiyanın bir hissəsidir. İndi vaxt bizim əleyhimizə işləyir. Seçkilərdə konstitusiya dəyişdirildi və Rusiyadan böyük asılılığa düşdük”, - deyə o bildirib.

Ermənistan hakimiyyətinin cəbhədə gərginliyi artırması da diqqəti məhz ölkə daxilindəki acınacaqlı vəziyyətdən uzaqlaşdırmaq gedişi olması ehtimalı böyükdür. Hazırda Dağlıq Qarabağ münaqişə zonasında gərginlik davam edir. Lakin dünyanın diqqəti son günlər Suriya və Uzaq Asiyaya dikilib.

Uzaq Asiya

ABŞ-ın Koreya yarımadası sahillərinə hərbi gəmiləri göndərməsindən sonra gərginlik artıb. Hazırda Amerika donanması ilə yanaşı, Yaponiya və Cənubi Koreya qüvvələri də bölgədədir. Çinin Şimali Koreya sərhədinə 150 min əsgər yerləşdiyi deyilir. Rəsmi Pekin müharibə olacağı təqdirdə ola biləcək miqrant axınının qarşısını almaq və təhlükələri dəf etmək üçün bu addımı atıb. Şimali Koreya isə hərbi hazırlığını gücləndirib.

Şimali Koreya lideri Kim Çen İn dünyaya müraciət edərək, aprelin 15-də “böyük gün”ün baş tutacağını bildirib.

Aprelin 15-də Kim Çen İnin atası Kim İl-Sungun 105-ci ildönümü qeyd olunacaq. Rəsmi Pxenyan həmin günü “Günəşin doğduğu gün” hesab edir. Mütəxəssislər isə Koreya yarımadasında müharibə riskinin ən yüksək səviyyəyə çatdığını və “qırmızı həyəcan” elan olunduğunu bildirirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Müdafiə Nazirliyi iddia edir ki, Şimali Koreya nüvə sınaqlarına hazırlaşır.

Şimali Koreyanın xarici işlər nazirinin müavini Xan Son Rel ABŞ-ın zərbəsini gözləmək niyyətində olmadıqlarını bəyan edib. O, “nüvə sınağını nə vaxt lazım bilsək, o vaxt keçirəcəyik” deyə bildirib.

Bu ölkənin Silahlı Qüvvələrinin Baş qərargahı isə ABŞ-ın hücum edəcəyi halda vuracağı hədəfləri açıqlayıb.

Hədəflər: ABŞ-ın Yaponiyadakı hərbi bazaları, Cənubi Koreya və Seulda prezidentin iqamətgahı.

“Koreya Xalq Demokratik Respublikası “siyasi, iqtisadi və hərbi təxribat” olacağı təqdirdə, ABŞ-a önləyici zərbələr vuracaq”, - deyə Baş qərargahın açıqlamasında bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yaxın Şərq

Gərginliyin davam etdiyi bölgələrdən biri də Suriyadır. Amerika Əsədi devirmək niyyətində israrlıdır. Suriya mənbələrinin məlumatına görə, Vaşinqton artıq Əsədin yerinə gələcək şəxsi də müəyyənləşdirib. Bu, Suriya hadisələri başlayan zaman Fransaya sığınan keçmiş ordu generalı Menaf Tlasdır.

“Əsədi devirmək üçün ABŞ-ın Rusiyanı əsəbiləşdirəcək addımlar ata biləcəyi gözlənilir. Suriyada yerli mənbələr ABŞ-ın qısa müddətdə bir neçə strateji obyekti də vuracağını deyirlər. Hətta rus əsgərləri bəzi strateji nöqtələri boşaldırlar”, - deyə Türkiyənin “Vatan” qəzeti yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bəşər Əsəd isə onu heyvan adlandıran Trampa eyni tonda cavab verib.

“Siz, özünüz bir heyvansıznız deyə, hər kəsin sizin kimi olduğunu düşünməyin. Bəşər Əsəd suveren bir ölkənin dövlət rəhbəridir və xalq tərəfindən seçilib. Onun necə olduğunu Suriya xalqı deyə bilər, Tramp yox”, - deyə Suriya XİN rəhbərinin köməkçisi Eyman Sosan deyib.

Tramp Əsəd haqda belə demişdi: “Əgər Rusiya işə qarışmasa və bu heyvanı (Əsəd) dəstəkləməsəydi, hazırda belə bir problem yox idi”.

Türkiyə

Suriya məsələsində hazırda neytral qalmağa çalışan Türkiyə bazar günü keçiriləcək referenduma hazırlaşır. Ölkədə iki cəbhə formalaşıb: “Bəli” və “Xeyr”. Referendumda nəticələr müsbət olarsa, Türkiyədə prezident respublikasına keçid baş tutacaq. Ekspertlərə görə, bu Türkiyənin güclənməsi ilə nəticələnəcək. Lakin “xeyr” cəbhəsi deyilənlərlə razılaşmır. Onların əsas arqumentlərindən biri budur ki, referendumda “bəli” çıxarsa, Türkiyədə federasiya qurulacaq.

Türkiyənin baş naziri Binəli Yıldırım isə bu iddiaları rədd edib.

“Türkiyənin unitar dövlət quruluşu konstitusiyanın ilk üç maddəsində yer alıb. Buna baxmayaraq, federal sistemin olacağı ilə bağlı müzakirələr aparmaq bu ölkəyə böyük haqsızlıqdır. Əgər bu konstitusiyanın hər-hansı bir hissəsində federal sistem varsa, mən bu gün həm baş naziri postundan, həm də partiya sədrliyindən istefa verəcəm”, - deyə o bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gün dünyanı müharibə təhlükəsi ağuşuna alıb. Və elə bir situasiya yaranıb ki, planetin gələcəyi Trampın iki dodağının arasında, Kim Çen İnin axşam yatıb, yuxuda nə görəcəyindən asılıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm