Nida Xəbər
Elmar Məmmədyarov TÜRKSOY-un baş katibi ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov TÜRKSOY-un baş katibi Düsen Kaseinovla görüşüb.
XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə TÜRKSOY-un fəaliyyəti, incəsənət və mədəniyyət sahəsində həyata keçirdiyi tədbirlər və türk xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.
Baş katib Düsen Kaseinov Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş Azərbaycan-TÜRKSOY əlaqələri haqqında kitabı təqdim edib.
TÜRKSOY-un fəaliyyətindən danışan Düsen Kaseinov Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş TÜRKSOY Gənclik orkestrinin İngiltərə, Şotlandiya və İtaliyada keçirilmiş konsertində səsləndirilmiş türk dünyası müasir klassik musiqi bəstəkarlarının əsərləri, həmçinin TÜRKSOY “Beynəlxalq Novruz bayramı” çərçivəsində Ankara, İstanbul, Nyu-York və Vaşinqtonda keçirilmiş konsertlərində səsləndirilmiş musiqilərin yer aldığı diski təqdim edib.
Görüşdə TÜRKSOY-un gündəliyində duran məsələlər, digər beynəlxalq qurumlarla əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı