Ekspert: "Ermənistan rəsmiləri fantastik ideyalarla ictimaiyyətlərinə absurd məlumatlar sırıyırlar"
Bizi izləyin

Nida Xəbər

Ekspert: "Ermənistan rəsmiləri fantastik ideyalarla ictimaiyyətlərinə absurd məlumatlar sırıyırlar"

Ermənistanın güc strukturlarını təmsil edən şəxslər tez-tez fantastik ideya ilə çıxış edərək bu ölkənin “müdafiə qüdrəti” və “yeni silahları” barədə öz ictimaiyyətinə absurd məlumatlar sırımaqla məşğuldurlar.

Bunu Publika.az-a hərbi mütəxəssis, ehtiyatda olan polkovnik Kamal Hüseynov Ermənistanın hava hücumundan müdafiə qoşunlarının rəis müavini polkovnik Artur Poqosyanın bu, ölkənin “Verba” daşınan zenit-raket kompleksləri əldə etməsi iddiasına cavab olaraq deyib.

O bildirib ki, daim qorxu içərisində yaşayan erməni vətəndaşlarını sakitləşdirmək üçün guya indiyə kimi onların strateji müttəfiqi tərəfindən heç bir ölkəyə deyil, yalnız Ermənistana verilən bu silahın bölgədəki “güc balansını” Yerevanın xeyrinə dəyişməsi cəfəng fikri də yəqin ki, ancaq Poqosyan kimilərinin fikrinə gələ bilərdi:

"Hazırda hər iki ölkənin qüvvələr balansını yaxından öyrənən və vəziyyəti ətraflı təhlil edən istənilən beynəlxalq ekspert Azərbaycanın Ermənistandan hərbi baxımdan qat-qat üstün olduğunu birmənalı şəkildə təsdiq edir. Ermənistandan fərqli olaraq, Azərbaycanın maliyyə potensialı ordumuz üçün kifayət edəcək miqdarda ən müasir silah, döyüş texnikası alınması ilə yanaşı, həm də hərbi-sənaye kompleksinin inkişaf etdirilməsinə imkan verir. A.Poqosyan onu da dərk etməlidir ki, hazırda dünyada aparılan müasir müharibələrin səviyyəsi və formatı dəyişərək artıq zehni inkişaf səviyyəsində olan silahların tətbiqinə üstünlük verilir. Bunu isə aprel döyüşləri zamanı Azərbaycan dövləti ordusunun sərəncamında olan ən müasir və məhvedici gücə malik silahların bir qismini tətbiq etməklə bir daha təsdiq etdi. Bir sözlə, əgər məlum hərbi lətifəni bir qədər başqa şəkildə ifadə etsək - Ermənistandakı “Verba”lar “yəqin ki, ərazini örtəcək, amma müdafiə edə bilməyəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm