Qarabağ savaşında Türkiyənin Azərbaycana yardım etməməsinin SİRRİ AÇILDI - ŞOK SƏBƏB
Bizi izləyin

Nida Xəbər

Qarabağ savaşında Türkiyənin Azərbaycana yardım etməməsinin SİRRİ AÇILDI - ŞOK SƏBƏB

Turqut Özal azərbaycana yardım etmək istəyirdi

Türkiyədə dünən keçirilən referendum prezident üsul-idarəsinə keçid dəstəkləndi.

Publika.az
xəbər verir ki, konstitusiya islahatlarının əleyhinə çıxanlar ölkənin diktatorluğa aparıldığını iddia etsələr də, “bəli” cəbhəsi keçmiş sistemdə prezidentlə baş nazir arasında fikir ayrılıqlarının yaşandığını və bunun ölkənin maraqlarına ciddi zərbə vurduğunu əsas gətirirlər.

“Ahaber.com” saytının yaydığı məlumat isə I Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dəstək verməməsinin əsas səbəbinin məhz köhnə sistemin olduğu ortaya çıxıb.

Sayt yazır ki, 1990-cı illərdə I Qarabağ müharibəsində Türkiyənin səkkizinci prezidenti Turqut Özal və baş nazir Süleyman Dəmirəl arasında kəskin fikir ayrılığı yaranıb.

“Özalın bütün cəhdlərinə baxmayaraq, Dəmir Qarabağda müharibədə Azərbaycana yardımın edilməsinə mane oldu. Nəticədə Ermənistan Dağlıq Qarabağı işğal etdi”, - deyə portal qeyd edib.

Türkiyədə baş nazirlə prezidentin fikir ayrılığının Kərkük məsələsinə də ciddi zərbə vurduğu məlum olub.

Sayt yazır ki, 1991-ci ildə Körfəz müharibəsi zamanı Özal Kərkük və Mosulun nəzarətə götürülməsi fikrində idi: “Bunun üçün bütün imkanlar olsa da, hökumət bu ideyanı dəstəkləmədi və yüz minlərlə insan İraqdan Türkiyəyə qaçdı”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm