Prezidentdən nazirlərə önəmli MESAJ
Bizi izləyin

Nida Xəbər

Prezidentdən nazirlərə önəmli MESAJ

Prezident İlham Əliyev Azərbaycanla bağlı iqtisadi amilləri daim diqqətdə saxlayır.

Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı çox mühüm işlər həyata keçirilir.

Bu sözləri Axar.az-a açıqlamasında Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi haqda danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Ölkə başçısının son müşavirədə yeni tapşırıqlar verdiyini qeyd edən millət vəkili bunun indiki zamanda çox vacib olduğunu diqqətə çatdırıb:

“Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı çox mühüm işlər həyata keçirilir. Çox yaxşı olardı ki, tapşırıqlar cənab Prezidentin istəyinə uyğun, daha operativ şəkildə həyata keçirilsin. Çünki bütün tapşırılan işlər Azərbaycanın gələcəyi üçün çox mühüm əhəmiyyət daşıyır”.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev Azərbaycanla bağlı iqtisadi amilləri daim diqqətdə saxlayır:

“Hazırkı dövrdə qeyri-neft sektorunun inkişafı çox önəmlidir, xüsusilə də turizm, kənd təsərrüfatı və nəqliyyatın inkişafi ölkənin gələcəyi üçün vacib və prioritet sahələr elan edilib. Hesab edirəm ki, hər bir vətəndaş bu istiqamətdə öz mövqeyini ortaya qoymağı bacarmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm