Novruz Məmmədov Qarabağla bağlı situasiyanı mürəkkəbləşdirən AMİLLƏRİ AÇIQLADI
Bizi izləyin

Nida Xəbər

Novruz Məmmədov Qarabağla bağlı situasiyanı mürəkkəbləşdirən AMİLLƏRİ AÇIQLADI

Xarici siyasətin çevikliyi Azərbaycanı Cənubi Qafqazın lider dövləti səviyyəsinə qaldırıb.

Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd olunur.

N.Məmmədov bildirib: "Azərbaycan demək olar ki, bütün beynəlxalq qurumlarda intensiv fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsində dünyada Azərbaycanın dövlət kimi müsbət obrazı formalaşıb və bu təsəvvür artıq oturuşub. Hesab etmək olar ki, bu, Azərbaycanın xarici siyasətinin ən sanballı uğurlarından biridir. Xarici siyasətin çevikliyi Azərbaycanı ötən müddət ərzində Cənubi Qafqazın lider dövləti səviyyəsinə qaldırıb".

PA rəhbərinin müavini qeyd edib ki, ölkə 20 ildən bir qədər artıq müddətdə enerji sahəsində beynəlxalq əhəmiyyətli iki layihənin təməlini qoyub, regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib: "Azərbaycan perspektivli iqtisadi əməkdaşlığın, multikulturalizmin, mədəniyyətlərarası və dinlərarası dialoqun sivil modelini təklif edən dövlət kimi qəbul edilir".

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı situasiyanı mürəkkəbləşdirən amillərdən biri bu istiqamətdə səmərəli fəaliyyət göstərməyimizə xaricdən maneələrin olmasıdır.

N.Məmmədov bildirib: "Azərbaycan ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyindən, xarici kursunda münaqişənin həlli prosesi ilə insan haqlarının təmini məsələləri əlaqəli şəkildə nəzərə alınmalıdır. Bu mənada beynəlxalq normaların həyata keçirilməsi məsələsi ölkənin ərazi bütövlüyünün təmin edilməsi kimi əsas vəzifənin tərkib hissəsinə çevrilir".

PA rəhbərinin müavini əlavə edib ki, situasiyanı mürəkkəbləşdirən amillərdən biri həmin istiqamətdə səmərəli fəaliyyət göstərməyimizə xaricdən daim maneələrin olmasıdır: "Burada müəyyən qədər qapalı dairə yaratmaq cəhdləri hiss olunur: Azərbaycandan əhalinin əsas azadlıq və hüquqlarının təmin edilməsi tələb edilir, digər tərəfdən isə, bunun üçün əlverişli beynəlxalq mühit yaratmaq cəhdlərimizə əngəl yaradılır. Müstəqillik əldə etdiyimiz dövrdən bu yana həmişə süni problemlərin yaradıldığının şahidi olmuşuq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm