FİDE prezidenti İlham Əliyevə təşəkkür etdi
Bizi izləyin

Nida Xəbər

FİDE prezidenti İlham Əliyevə təşəkkür etdi

Federasiya prezidenti bununla bağlı "Twitter"də yazıb.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov Azərbaycan Prezidenti İlham Əliyevə FİDE-nin 2018-cü ildə keçiriləcək seçkilərində ona verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Publika.az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, federasiya prezidenti bununla bağlı "Twitter"də yazıb.

"Azərbaycan Prezidenti İlham Əliyev söhbət zamanı 2018-ci ildə FİDE-nin prezidenti seçkilərində mənim namizədliyimi dəstəklədiyini bildirdi. Sağ olun" - deyə İlyumjinov yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm