Nida Xəbər
İmişlidə Makedoniyalı İskəndərə aid NADİR TAPINTI - FOTOLAR
İmişli sakini Rüstəmov Məmmədağa Xəlil oğlu tərəfindən rayonun Qızılkənd kəndi ərazisində gümüş sikkələrdən ibarət dəfinəni aşkar edib. Bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verib.
İnstitutdan Publika.az-a verilən məlumata görə, sikkələrdən birinin təsviri Rüstəmov Məmmədağa Xəlil oğlu tərəfindən institutun elektron ünvanına göndərilib. Sikkənin fotosuna baxış keçirilərkən, onun avers (üz) tərəfində təsvirin Makedoniyalı İskəndərə (e.ə. 336-323) aid olduğu müəyyən edilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitut rəhbərliyinin göstərişi ilə Numizmatika şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Quliyev və İmişli arxeoloji ekspedisiyasının müdiri tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev rayona ezam edildilər.
Qızılkənd kənd sakini Həsənov Etiram Hümbət oğlu tapdığı 9 ədəd sikkəni AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsinin müdiri Akif Quliyevə təhvil verib.
Dəfinənin aşkar edildiyi yerə baxış keçirən arxeoloqlar burada antik dövrə aid yaşayış yeri və nekropolun olduğunu müəyyən ediblər. Qeyd edək ki, antik dövrə aid sikkə dəfinələri bundan qabaq 1958-ci ildə Şamaxıda (Xınıslı kəndi), 1966-ci ildə Qəbələdə və 1972-ci ildə Ağsu (Nüydi kəndi) rayonu ərazisində aşkar edilmişlər. Adı qeyd edilən dəfinələrdən fərqli olaraq, İmişli dəfinəsi yalnız Makedoniyalı İskəndərin gümüş draxmalarından ibarətdir.
Hazırda dəfinə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsində tədqiq edilir. Yaxın zamanlarda dəfinənin aşkar edildiyi ərazidə arxeoloji tədqiqat işlərinə start veriləcək.
Şəkillərdə - draxmalar təmizlənməmiş halda, tmizlənmiş draxmaların avers tərəfi, təmizlənmiş draxmaların revers tərəfi, draxmalardan birinin avers tərəfi və draxmalardan birinin revers tərəfi verilib.
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”