• USD 1,7000 0,00% EUR 2,0195 +0,53%
    • GBP 2,2330 +0,30% RUB 0,0233 +0,43%

Dubayda keçirilən sərgidə erməni təxribatının qarşısı alındı

Dubayda keçirilən sərgidə erməni təxribatının qarşısı alındı

24-27 aprel 2017-ci il tarixində Dubayda keçirilən və dünya boyunca ən nüfuzlu turizm sərgilərindən olan “Arabian Travel Market”-də Ermənistan tərəfi yenə təxribata əl ataraq Ermənistana aid stenddə ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edən əyani vasitələr və xəritələr yerləşdirməyə cəhd edib.

Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi və Dubaydakı Baş konsulluğu tərəfindən Ermənistanın bu fakt müəyyən olunub və dərhal sərginin təşkilatçılarına və BƏƏ-nin rəsmi orqanlarına müraciət edilərək bu təxribatın qarşısı alınıb. Nəticə etibarilə, qondarma rejimi təbliğ edən təxribatçı xarakterli əyani vasitələr Ermənistan stendindən yığışdırılıb.

Səfirlik və Baş konsulluq tərəfindən məsələ nəzarətdə saxlanılır.

Sözügedən sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan böyük stendlə təmsil olunur. Azərbaycan pavilyonunda ölkəmizin çoxsaylı turizm şirkəti iştirak edir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR