Uşaq pornoqrafiyasını yayanları CİDDİ CƏZA gözləyir
Bizi izləyin

Nida Xəbər

Uşaq pornoqrafiyasını yayanları CİDDİ CƏZA gözləyir

Cinayət Məcəlləsinə dəyişikliyi nəzərdə tutan yeni layihəyə görə...

Azərbaycanda uşaq pornoqrafiyasını dövriyyəyə buraxan şəxslərin cəzalandırılması üçün tətbiq edilən cərimə ödəməsi ləğv edilir.

Trend-in məlumatına görə, Cinayət Məcəlləsinə dəyişikliyi nəzərdə tutan yeni layihəyə görə, uşaq pornoqrafiyasını dövriyyəyə buraxan şəxslər yalnız azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar.

Məcəllənin hazırkı variantına görə, uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlamaya görə 8000 manatdan 10 min manatadək miqdarda cərimə və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihənin yeni variantına görə isə bu əməli törədənlər yalnız 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm