• USD 1,7000 0,00% EUR 2,0120 -0,37%
    • GBP 2,2300 -0,13% RUB 0,0232 -0,43%

Moskva görüşü öncəsi düşmən TƏŞVİŞ İÇİNDƏ: müharibə qərarına SAATLAR QALDI

Moskva görüşü öncəsi düşmən TƏŞVİŞ İÇİNDƏ: müharibə qərarına SAATLAR QALDI

Sabah Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü gözlənilir. Artıq bu görüşə saatlar qalıb. Moskvanın təşəbbüsü ilə keçirilən görüş İrəvanın ürəyincə deyil. Çünki bu format Rusiyanın ərazilərin qaytarılmasını nəzərdə tutan “həll planı”nın dövriyyəyə daxil edilməsi, daha dəqiq desək, Ermənistanı bu plana razı olmağa məcbur etmək deməkdir. Hazırda İrəvanda sabahkı görüşlə bağlı narahatlıqlar var.

Publika.az
xəbər verir ki, erməni ekspert Aram Amatuni Moskva görüşünün Ermənistan üçün təhlükəli olduğunu deyib.

“Rusiya Azərbaycan və Türkiyə ilə strateji əməkdaşlıq kursundan imtina etməyəcək. Bu isə münaqişənin Azərbaycanın istəyinə uyğun həllini şərtləndirir. Moskva görüşü bizim üçün yaxşı gələcək vəd etmir”, - deyə o bildirib.

Ermənistanda narahatlıq yaradan digər məqam Moskva görüşü öncəsi Rusiyadan alınan hərbi texnikanın Azərbaycana gətirilməsidir.

“Lragir” saytı yazır ki, Rusiya Ermənistanla müttəfiq olduğunu desə də, gizli şəkildə Azərbaycanı dəstəkləyir.

“Əgər Ermənistan Moskvanın rəhbərliyi ilə üçtərəfli formatı davam etdirməyə razı olmayacaqsa, onda bu dəstək daha da artacaq. Ötən ilin “aprel müharibəsi”ndən öncə də Rusiya eyni formatı təklif edirdi. Lakin Ermənistan razılaşmadı və müharibə başlandı. Bu dəfə də eyni ssenari mümkündür. Bakı isə hərbi diplomatiyanı alternativ yollardan biri kimi əlində saxlayır. Ermənistan güman ki, Moskvada Vyana razılaşmasını – təmas xəttində atəşkəsə nəzarət mexanizminin yaradılmasını irəli sürəcək. Lakin bu, Bakıya sərf etmədiyi kimi, Moskvaya da sərfəli deyil. Ona görə də Moskvada Rusiya və Azərbaycan birləşərək, İrəvanı razı olmağa məcbur edəcəklər”, - deyə sayt qeyd edib.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR