Nida Xəbər
Moskvada qapalı Qarabağ görüşü başa çatdı: NAZİRLƏR RAZILIĞA GƏLDİ - YENİLƏNDİ
Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər
nazirlərinin görüşü başa çatıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki,
görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov,
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və Rusiya xarici
işlər naziri Sergey Lavrov arasında Dağlıq Qarabağ münaqişəsinin
nizama salınması prosesinin irəliləyişi ilə bağlı müzakirələr
aparılıb.
Görüşdə 2016-cı ilin mayında keçirilən Vyana, iyununda keçirilən
Sankt-Peterburq görüşlərində nail olunmuş razılıqların icrasına
ehtiyac olduğu vurğulanıb.
Azərbaycan və Ermənistan XİN rəhbərləri münaqişənin həllinə kömək
etdiyi üçün Rusiya xarici işlər nazirinə minnətdarlıq edib.
Nazirlər bütün məsələlərin müzakirəsi üçün əlaqələrin davam
etdirilməsi ilə bağlı razılığa gəliblər.
Görüşdə münaqişənin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Üçtərəfli danışıqlarda Minsk qrupunun həmsədrləri – Rusiya, ABŞ və
Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin
şəxsi nümayəndəsi də iştirak edib.
Asif
***
12:38
Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandya arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə görüş başlayıb.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, görüş Rusiyan Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.
Danışıqlar bağlı qapılar arxasında mətbuatın iştirakı olmadan keçiriləcək. Danışıqlara müəyyən mərhələdə ATƏT-in Minsk qrupunun həmsədrləri də qoşulacaq.
Ömər
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO