Xədicə İsmayılın erməni dostları - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Xədicə İsmayılın erməni dostları - FOTOLAR

Dünən Dünya Mətbuat Azadlığı günü idi. Bütün dünya mətbuatın azadlığını qeyd edərkən, Xədicə İsmayıl “fürsətdən istifadə edərək” Azərbaycana qarşı ittihamlar sərgilədi. Əl-Cəzirə telekanalının ingilisdilli saytında “Araşdırma jurnalistikasının artan önəmi” adlı məqaləsi dərc olunan X.İsmayıl Azərbaycan hökumətini tənqid edib. Daha sonra eyni media resursunda jurnalist Azər Həsrətin “Dövlət maraqları ifadə azadlığını sıxışdırırmı?” başlıqlı geniş məqaləsi dərc olunub. Məqalədə Azərbaycan mediasının Xədicə İsmayılın görmək istəmədiyi reallıqları işıqlandırılıb.

Əl-Cəzirə balansı qorumaq məqsədilə hər iki məqaləni dərc edib. Lakin X.İsmayıl Azər Həsrətin məqaləsindən qəzəblənərək, Tvitterdə ona qarşı ittihamlar səsləndirib.

“Azərbaycan hakimiyyətinin sözçüsü mənə cavab verdi. Özü də o, Beynəlxalq Mətbuat İnstitutu və başqa beynəlxalq qurumlar adı altında kölgələnir”, - deyə yazan X.İsmayıla erməni dostları dəstək verib.

Xədicə İsmayılın dostları

Onun erməni dostlarından ən fəalı olan Eni Vandaryan Xədicə İsmayılın Azər Həsrətə qarşı irəli sürdüyü ittihama dəstək olaraq yazıb:

“Azərbaycan hakimiyyətinə loyallığının əvəzində bugünlərdə İndoneziya səfəri ilə mükafatlandırılan rejim tərəfdarı-qulluqçusu Azər Həsrətin yazısı”.

Xədicə İsmayılın erməni lobbisi ilə yaxın əlaqələrə malik olması haqda çoxsaylı faktlar var. Misal üçün, bir müddət öncə Livandan olan erməni əsilli hüquq müdafiəçisi Amal Kluni (Hollivud aktyoru Corc Klunin həyat yoldaşı-red) Xədicə İsmayılın müdafiəsinə qalxaraq, onu İnsan Haqları Məhkəməsində müdafiə etmişdi. Maraqlıdır ki, Xədicə İsmayıl Amal Kluninin onu müdafiə etməsini sevə-sevə qəbul etmiş və buna görə erməni xanıma təşəkkür də etmişdi.

Amal və Corc Klunilər ermənilərə dəstək vermək üçün zaman-zaman müxtəlif kampaniyalar keçirirlər. Onları hər il aprelin 24-də qondarma “erməni soyqırımı”nın İrəvanda keçirilən yubileyində görmək adi hala çevrilib.

2014-cü ilin 24 sentyabrında Varşavada keçirilən ATƏT-in zirvə toplantısında baş verənlər isə X.İsmayılın ermənilərə yaxınlığına daha bir sübut idi. Həmin toplantıda erməni QHT rəhbərlərindən biri Dağlıq Qarabağı “müstəqil və demokratik ölkə” adlandırdı. Bu toplantıda iştirak edən Xədicə İsmayıl isə heç bir söz demədən susdu. Əvəzində erməniyə cavab verən ADİHİ sədri Əhməd Şahidova etiraz etdi. Belə ki, Ə.Şahidov Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqları olduğu haqda çıxış edərkən, Xədicə İsmayıl və 10-a yaxın erməni dostu ayağa qalxaraq, Əhməd Şahidova arxalarını çevirdi.

Boko Saakyanın oğlu ilə birlikdə



Ötən ilin 15 sentyabr tarixində ABŞ Konqresində Azərbaycanla bağlı keçirilən dinləmələr isə “Xədicə İsmayıl və erməni” tandemini bir daha ortaya çıxardı.

Dinləmələrdə Xədicə İsmayıl və AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qondarma “DQR” rejiminin “prezidenti” Boko Saakyanın oğlu Armen Saakyanla birlikdə anti-Azərbaycan çıxışları edirdi.

Bu baxımdan, X.İsmayılın sonuncu məqaləsinə dəstək verən, Azər Həsrətə qarşı ittihamlar səsləndirən şəxsin Vandaryan olması da təəccüblü deyil.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm