Nida Xəbər
Prezident: "Savadsız gənc nəsil terror aktlarına cəlb olunur"
"Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilməsi ölkəmizin nüfuzunu bir daha təsdiq edib".
Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi
açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev
deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə
ilə strateji əməkdaşlıq sazişi imzalayıb: "Azərbaycan enerji
təhlükəsizliyinə mühüm töhfə verir, Cənub Qaz Dəhlizi ilk mərhələdə
7 ölkəni birləşdirəcək. Bu ölkələr təbii tərəfdaşlarımız olacaq,
biz qarşılıqlı surətdə bir-birimizdən asılı olacağıq. Azərbaycanın
təşəbbüskarı olduğu layihələr Azərbaycanın beynəlxalq əməkdaşlığa
və mədəniyyətlərarası dialoqa yatırdığı sərmayədir".
Prezident İlham Əliyev bildirib ki, son 10 ildə Azərbaycan
iqtisadiyyatı 3 dəfə böyüyüb: "Xarici borcumuz ümumdaxili
məhsulumuzun yalnız 20 faizini təşkil edir. Yoxsulluq, işsizlik 5
faizə düşüb. İqtisadi rəqabət qabiliyyətinə görə Azərbaycan 37-ci
yerdədir. Azərbaycanın təhsil sahəsinə böyük sərmayə yatırır,
ölkəmizdə savadlılıq 100 faizə yaxındır. Son 10 ildə 3 minə qədər
məktəb tikilib, əsaslı təmir olunub. Ekstremizm həm də
savadsızlıqdan irəli gəlir, savadsız gənc nəsil terror aktlarına
cəlb olunur. İlk növbədə radikalizmi yaradan səbəbləri, sosial
bərabərsizliyi aradan qaldırmalıyıq".
Dövlət başçısı qeyd edib ki, bəzi siyasətçilər reytinq üçün
proqramlarını dəyişir, radikal çıxışlar edirlər: "Belə QHT də var.
Medianın da bu sahədə rolu mühümdür. Forumun məqsədi odur ki, bu
çağırışlar önündə səylərimizi birləşdirək. Əminəm ki, Forum uğurlu
olacaq, qəbul edilən qərarlar həyata keçiriləcək".
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır