Səfir ermənilərin təxribatı ilə bağlı Rusiya XİN-ə müraciət etdi
Bizi izləyin

Nida Xəbər

Səfir ermənilərin təxribatı ilə bağlı Rusiya XİN-ə müraciət etdi

Səfirlik davanın erməni tərəfinin təxribatları nəticəsində baş verdiyini hesab edir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mayın 9-da Moskvada keçirilən "Ölümsüz alay" aksiyası zamanı erməni tərəfinin təxribatları ilə əalqədar Rusiyanın müvafiq rəsmi qurumlarına şikayət edib.

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən bildiriblər.

"Azərbaycanın Rusiyadakı səfirliyi xəsarət alanlarla əlaqə saxlayıb və onların vəziyyəti ilə maraqlanıb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyi, Moskva meriyası və digər dövlət orqanları ilə əlaqə yaradaraq, başverənlərin araşdırılmasını və bu cür hadisələrin bir də təkrarlanmamasını xahişi edib", - səfirlikdən vurğulayıblar.

Xatırladaq ki, mayın 9-da Moskvada keçirilən "Ölümsüz alay" aksiyası zamanı Ermənistan və Azərbaycan gəncləri arasında kütləvi dava düşüb və nəticədə bir neçə azərbaycanlı yüngül bədən xəsarətləri alıb.

Azərbaycanın Rusiyadakı səfirliyi davanın erməni tərəfinin təxribatları nəticəsində baş verdiyini hesab edir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm