Azərbaycan “Yalquzaq” snayperlərinin ixracına başlayır
Bizi izləyin

Nida Xəbər

Azərbaycan “Yalquzaq” snayperlərinin ixracına başlayır

Bir neçə xarici ölkədən “Yalquzaq” tüfəngi üçün böyük həcmli sifarişlər alınıb.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “Yalquzaq” snayper tüfənginin ixracına başlayır.

Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, bir neçə xarici ölkədən “Yalquzaq” tüfəngi üçün böyük həcmli sifarişlər alınıb. Hazırda sifarişlərin icrası istiqamətində işlər gedir.

Camalov silahın Azərbaycanda Sərhəd Qoşunlarına da verildiyini qeyd edib.

Camalov bildirib ki, “Yalquzaq” texniki-taktiki imkanlarına görə öz sinfindəki bir çox tüfəngləri üstələyir. Azərbaycanın NATO kalibrində (7.62x51mm) ilk silahı olan “Yalquzaq” tam olaraq yerli mütəxəssislər tərəfindən yaradılıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm