ABŞ kəşfiyyatının GİZLİ QARABAĞ HƏDƏFİ - Rus mənbələri qorxunc DETALLARI AÇDI
Bizi izləyin

Nida Xəbər

ABŞ kəşfiyyatının GİZLİ QARABAĞ HƏDƏFİ - Rus mənbələri qorxunc DETALLARI AÇDI

Qarabağda ona görə gərginlik artırılır ki...

ABŞ Milli Kəşfiyyat Agentliyinin 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozu regionda yeni gərginliyin “müjdəçisi” oldu.

Publika.az bildirir ki, Agentliyin direktoru Daniel Kouts Konqresə dünyada artan risklərlə bağlı təqdim etdiyi hesabatda yeni Qarabağ müharibəsindən xəbər verdi.

“Dağlıq Qarabağ zonasında Ermənistan və Azərbaycan arasında gərginlik 2016-cı ilin aprelində baş verdi. Tərəflərin güzəştə getmək istəməməsi və daxili təzyiqlərin artması nəticəsində münaqişə zonasında 2017-ci ildə hərbi toqquşmaların yenilənməsi riski böyükdür”, - deyə hesabatda bildirilir.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların dayanması, Ermənistanın qeyri-konstruktiv mövqeyi fonunda ABŞ kəşfiyyatının proqnozu düşündürücüdür. Lakin Rusiya mediasının Qarabağ proqnozunun arxasında ABŞ-ın regionla bağlı hədəflərinin olduğu haqda versiyası da diqqət çəkir.

Rusiyalı jurnalist Boris Djerelievskiy iddia edir ki, Amerika Qarabağda müharibəni başlatmağı planlaşdırır.

“Amerika kəşfiyyatının bu hesabatı hər şeydən öncə Rusiyaya qarşı yeni hücumlardan xəbər verir. Misal üçün, Cənubi Qafqaz və Orta Asiyada gərginliyin artacağına dair deyilənlər, əslində Rusiya ətrafında toqquşmaların olacağından xəbər verir. Xüsusilə Cənubi Qafqazda, konkret Qarabağda müharibənin yenilənməsi haqda deyilənlər ABŞ-ın gələcək hədəflərindən xəbər verir”, - deyə jurnalist yazır.

Rusiyalı jurnalist iddialarını davam etdirərək qeyd edir ki, ABŞ-ın əsas hədəfi Rusiyanın cənub sərhədlərində münaqişə alovunu yandırmaq və regionu müharibə ocağına bürüməkdir: “Amerika kəşfiyyat rəhbərinin məruzəsindən aydın görünür ki, Rusiyaya yeni zərbələr endiriləcək. Bu zərbələrin birincisi Qarabağda olacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm