Ordumuzun zərbəsi Sarkisyanın KRESLOSUNU TİTRƏTDİ: “Bakı Qarabağı qaytarır, sən...” - - VİDEO
Bizi izləyin

Nida Xəbər

Ordumuzun zərbəsi Sarkisyanın KRESLOSUNU TİTRƏTDİ: “Bakı Qarabağı qaytarır, sən...” - - VİDEO

Azərbaycan Ermənistanı bir-birinə qatdı

Azərbaycan Ordusunun Ermənistana məxsus “OSA” zenit-raket kompleksini məhv etməsi düşmən ölkədə hakimiyyətə qarşı etirazlara səbəb olub.

Publika.az
xəbər verir ki, erməni jurnalist Sarqis Artsruni Ermənistan hakimiyyətinin cəmiyyəti “etibarlı müdafiə” haqda aldatdığını yazıb: “Hakimiyyət “dördgülük müharibə”dən sonra bildirdi ki, bundan dərs çıxarıblar və yaxşı müdafiə xətti qurulub, rəqib hücuma keçməyə cəsarət etməyəcək. Görünür, bütün bunlar təbliğat imiş. Sarkisyan xalqı aldadır, Azərbaycan Qarabağı qaytarmağa hazırlaşır və buna potensialının çatdığını hər gün sübut edir”.

Erməni jurnalist qeyd edir ki, Ermənistan yalnız Rusiyadan silah alır, Azərbaycan isə öz arsenalını ən müasir silahlarla gücləndirib.

“Baş verənlər göstərir ki, rəqib Ermənistan ordusunun istənilən obyektini, hərbi texnikasını məhv etmək gücünə sahibdir. Azərbaycan Qarabağı qaytarmağa hazırlaşır, artıq bunu əminliklə deyə bilərik. Hakimiyyət isə rəqibin heç nəyə cəsarət etməyəcəyini deyərək, yalnız bizi aldatmaqla məşğuldur”, - deyə jurnalist bildirib.

S.Artsruni əlavə edir ki, məsələ təkcə ordunun zəif olmasında yox, Ermənistan diplomatiyasını və siyasi rəhbərliyinin zəifliyindədir: “Görünür, siyasi rəhbərlik “dördgünlük müharibə”dən heç bir nəticə çıxarmayıb. Bizim diplomatiyamızın gücü yalnız ona çatır ki, korrupsiyaya batmış Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi kreslosunda oturur. Lakin faktiki olaraq, biz heç nəyi bacarmırıq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm