• USD 1,7000 0,00% EUR 2,0722 0,00%
    • GBP 2,4112 0,00% RUB 0,0237 0,00%

Akif Əlizadə Bolqarıstan səfiri ilə görüşdü - FOTOLAR

Akif Əlizadə Bolqarıstan səfiri ilə görüşdü - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maya Hristova ilə görüşüb.

AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, görüşdə akademik Akif Əlizadə Akademiyanın elmi müəssisə və təşkilatlarında aparılan mühüm elmi tədqiqatlardan danışıb. AMEA-nın prezidenti iki ölkənin akademiyaları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində marağını ifadə edərək, bunun üçün dəstək verməyə hazır olduğunu bildirib.
Maya Hristova səmimi qəbula görə AMEA rəhbərliyinə öz minnətdarlığını bildirib. Ölkələrimiz arasında dostluq münasibətlərinin tarixindən danışan xanım səfir son bir neçə ildə Azərbaycan-Bolqarıstan əlaqələrinin sürətli inkişaf mərhələsinə daxil olduğunu deyib. Bolqarıstanın təhsil sahəsində aparılan islahatlar haqqında danışan M.Hristova ölkənin tədris proqramları haqqında məlumat verib. Səfir bu ilin iyun ayında Bakıda Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə tədbir keçiriləcəyini deyib, AMEA-nın prezidentini bu tədbirə dəvət edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR