Nida Xəbər
Ordumuzun düşməni məhv etdiyi AN - İrəvanın gizlətdiyi İTKİLƏR - VİDEO
Ermənistan Azərbaycanın raket zərbəsi ilə məhv edilən
“OSA” zenit-raket kompleksində şəxsi heyətin də məhv edilməsi
faktını gizlədir.
Publika.az xəbər ki, bu barədə erməni jurnalist Tevos
Arşakyan yazıb.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Ordusu Ermənistana
məxsus “OSA” zenit-raket kompleksini məhv edib. Ermənistan tərəfi
raket kompleksinin vurulduğunu təsdiq etsə də, heç bir itki
vermədiklərini açıqlayıb.
Lakin erməni jurnalist İrəvanın yalan danışdığını deyir.
“Azərbaycanın zərbəsindən sonra bizim hərbiçilər susdu. Belə
təəssürat yaranır ki, rəhbərlik susmaq əmri verib. Məqsəd əhalidə
qorxu atmosferinin yaranmamasıdır. Lakin susmağın əsas səbəbi təkcə
zenit-raket kompleksinin deyil, kompleksi idarə edən şəxsi heyətin
də məhv olunmasıdır. Azərbaycan tərəfinin yaydığı videodan aydın
görünür ki, raket kompleksi tamamilə məhv edilib. Bunu Ermənistan
tərəfi də təsdiq etdi. Bəs raket kompleksinin içindəki hərbiçilərin
taleyi necə oldu? Axı zərbə o qədər güclü oldu ki, onların xilas
olması mümkünsüzdür. Görünür, Ermənistanın siyasi və hərbi
rəhbərliyi dəhşətli nəticələri açmamaq qərarı verib. Lakin
anlamırlar ki, informasiya texnologiyasının inkişaf etdiyi əsrdə
nəyisə ictimaiyyətdən gizlətmək mümkün deyil. Artıq raket kompleksi
ilə birlikdə ekipaj üzvlərinin də öldüyü şübhəsizdir”, - deyə
erməni jurnalist yazıb.
Asif
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?