Nida Xəbər
Cəbhədə gərgin döyüşlər və sərxoşluq edən Sarkisyan: Ermənilər Qarabağ üçün AYAĞA QALXDI
Cəbhədə gərginlik davam edir və düşmən tərəfi hər keçən
gün daha böyük itkilər verir. Mayın 20-də atəşkəsi pozan erməni
hərbi birləşmələri daha bir itki verdi. Ermənistan mediası əsgər
Karen Danielyanın aldığı güllə yarasından öldüyünü açıqladı.
Publika.az xəbər verir ki, Ermənistan cəmiyyəti artan
itkilər fonunda rəsmi İrəvanı sülhə çağırır.
Erməni jurnalist Sarqis Arsruni yazır ki, münaqişə Ermənistanı
blokadaya salıb, iqtisadiyyat iflic olub: “Bunun əvəzini bizim
gənclərimiz ödəyir. Cəmiyyətdə və orduda mənəvi-psixoloji boşluq
hökm sürür. Artıq bu həqiqətdir ki, itkilərin qarşısını yalnız sülh
ala bilər. Lakin sülh üçün şərait yoxdur. Ermənistanda hakimiyyət
müharibə fəlsəfəsindən öz uzun ömürlülüyünü təmin etmək üçün
istifadə edir. Həmçinin, dünyada da sülh üçün zəmin yoxdur. Tramp
başqa işlərlə məşğuldur, Avropanın başı öz daxilinə qarışıb və
bizim ümidimiz yalnız Rusiyaya qalıb. Rusiya da birinci prezident
Levon Ter-Petrosyanın təklif etdiyi şərtləri irəli sürür. Moskva
məsələnin həllini “Lavrov planı” (ərazilərin çox hissəsinin
qaytarılmasını nəzərdə tutan təkliflər - red.) çərçivəsində
görür”.
Erməni jurnalist qeyd edir ki, bütün bunların fonunda Ermənistan
hakimiyyətinin davranışı da faciəlidir.
“Cəbhədə döyüşlər gedir, gənclərimiz ölür, hakimiyyət isə içki
məclislərində kef edir. Etiraf etməliyik ki, gənclərimizin ölümündə
hakimiyyətin də böyük payı var”, - deyə o vurğulayıb.
Asif
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO