Nida Xəbər
DGK VAİS-lə bağlı məlumat yaydı
Dövlət Gömrük Komitəsi (DGK) Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) problemlərin yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Publika.az-a komitənin mətbuat xidmətindən bildirilib ki, DGK-nin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində problemlərin yarandığını və buna görə 4 saat müddətində müvafiq gömrük prosedurları və yoxlamalar, avtomobillərin və sərnişinlərin gömrük zonasının ərazisinə giriş-çıxışının həyata keçirilə bilmədiyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Dövlət Gömrük Komitəsi bildirir ki, 2017-ci ilin 25 may saat 21:00-dan başlayaraq 26 may saat 04:00 qədər DGK tərəfindən informasiya resurslarının və informasiya sistemlərinin təhlükəsizliyinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə planlaşdırılmış yüklənmə testləri həyata keçirilib və Komitənin mütəxəssisləri tərəfindən aparılmış sınaqlar uğurla başa çatdırılıb:
"Sınaqların həyata keçirildiyi müddətdə VAİS-də müəyyən ləngimələr baş versə də, müvafiq gömrük prosedurları və yoxlamalar, avtomobillərin və sərnişinlərin gömrük zonasının ərazisinə giriş-çıxışının həyata keçirilməsi, eləcə də sistemin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb".
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO