Nida Xəbər
Qarabağda vəziyyət gərginləşdi, Sarkisyan GENERALLARI TOPLADI: məxfi görüşdə OLANLAR
Aprelin 25-də yayılan məlumata görə, Ermənistan prezident Serj Sarkisyan Müdafiə Nazirliyində generallarla məxfi toplantı keçirib. Toplantının başqa təfərrüatların erməni prezidentinin rəsmi saytında açıqlanmır, hətta şəkil yoxdur.
Publika.az xəbər verir ki, Ermənistanın “Lragir” saytı Dağlıq Qarabağ münaqişəsində hərbi-siyasi vəziyyətin kəskin dəyişdiyini yazıb.
Qeyd edilir ki, silahlar və texnikanın tətbiq edilən növləri baxımdan vəziyyət dəyişib, Azərbaycan Ordusunun arsenalında müxtəlif ölkələrdən alınan ən güclü silahlar var. Bu silahlar və texnikanın isə yalnız Rusiyadan alınmadığı deyilir.
Sayt qeyd edir ki, Ermənistan və Azərbaycanın mövqelərinin sərtləşməsi sadəcə, danışıqların yenilənməsi imkanını istisna edir.
“Bu, o deməkdir ki, qarşıdurma yeni mərhələyə keçə bilər”, - “Lragir” yazıb.
Sayt Ermənistan ordusunda ciddi probmelərin olduğunu qeyd edir. Son olaraq hərbi polisin başçısı və artilleriya idarəsinin rəhbəri istefaya göndərilib.
“KİV bildirir ki, bu, orduda son istefalar deyil. Serj Sarkisyan ordunu “yenidən təşkil edir”: əvvəlcə ali rəhbərlik kənarlaşdırılıb - nazir, onun birinci müavini və Baş qərargahın müdiri. İndi isə növbə ikinci eşelona çatıb. Bu transformasiyalar Serj Sarkisyanın daxili siyasət planları ilə bağlıdır. Müdafiə Nazirliyində ona loyal olan sistem formalaşdırır”, - yazıda bildirilir.
Erməni ordusunda digər problemlərin intizam və yeni silahların mənimsənilməsi olduğu deyilir.
Ömər Dağlı
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu