Nida Xəbər
"NATO PA-da parlamentariləri Qarabağ münaqişəsi barədə məlumatlandırmağa çalışırıq"
"Tbilisidə NATO Parlament Assambleyasının Siyasi, Müdafiə və Təhlükəsizlik, Elm və Texnologiyalar, İqtisadiyyat və Təhlükəsizlik komitələrinin müxtəlif mövzularda iclasları keçirilib. Biz NATO Parlament Assambleyasının komitə iclaslarında Azərbaycanın sosial-iqtisadi inkişafı, dünyada artan nüfuzu, üzləşdiyi problemlər, xüsusən də Dağlıq Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətini, parlamentariləri daha çox məlumatlandırmağa çalışırıq".
Bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycanın NATO Parlament Nümayəndə (PA) nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Z.Əsgərov deyib ki, komitə iclaslarında Suriya və İraq müharibələrinin humanitar aspektləri, Sosial Media İnqilabının siyasi və təhlükəsizlik baxımından nəticələri, Qara Dəniz Regionunda sabitliyin inkişafı, Ballistik raketdən müdafiə və NATO-Avropa İttifaqı əməkdaşlığı, Avropanın müdafiə sənayesi bazasının vəziyyəti, iqlim dəyişikliyi ilə əlaqədar xərclərin qiymətləndirilməsi, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyi və digər məsələlər müzakirə olunur:
"Müzakirələr zamanı Ermənistanın regiondakı pozuculuq fəaliyyəti, ballistik raketlərlə silahlanması və bunun təkcə region üçün deyil, bütövlükdə NATO üçün yaratdığı təhlükə barədə ətraflı məlumatlar veririk. Biz bəzi hallarda biz Ermənistanın işğalçı dövlət olduğunu sübut edə bilirik. Bununla belə, mübarizəmizi davam etdiririk". (APA)
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO