Nida Xəbər
Klintondan Heydər Əliyevə gizli məktub və MƏXFİ GÖRÜŞDƏ BAŞ VERƏNLƏR: Bjeziniski...
ABŞ siyasətinin “xaç atalarından” hesab olunan Zbiqnev
Bjeziniski 89 yaşında öldü. Amerika üçün xarici siyasətə yön verən,
dünya üçünsə ən böyük siyasi nəzəriyyəçi olaraq tarixə düşən
Bjeziniskinin 1990-cı illərdə Bakı səfəri Azərbaycan tarixində də
xüsusi iz buraxıb.
Publika.az xəbər verir ki, 1994-cü ildə “Əsrin
müqaviləsi”nin imzalanması ərəfəsində Bakıda məcazi mənada desək
ABŞ-Rusiya müharibəsi gedirdi. Nəticə göstərdi ki, qazanan tərəf
Qərb oldu. Bu prosesin pərdəarxası məqamları Bjeziniskinin “İkinci
şans” kitabında əksini tapır.
Məşhur siyasətçi kitabında yazır: “Bill Klinton rus imperializminin
dirilməsinə maneə olan, ABŞ tərəfindən dəstəklənən
Bakı-Tiflis-Ceyhan neft kəməri üçün təriflənməyə layiqdir. Bu boru
kəmərinin çəkilməsi nəticəsində Qərb Xəzər dənizi və Mərkəzi
Asiyadakı neftə birbaşa çıxış əldə etmişdi. 1995-ci ilin
oktyabrında, yəqin ki, əvvəllər ABŞ-ın bu təşəbbüsünü müdafiə
etdiyim üçün Klinton və onun milli təhlükəsizlik üzrə məsləhətçisi
məndən Klintonun şəxsi məktubunu Azərbaycan Prezidenti Heydər
Əliyevə çatdırmağımı, onunla belə bir boru kəmərinin Azərbaycana
gətirəcəyi uzunmüddətli faydalar barəsində danışmağımı xahiş
etdilər. Bu barədə müsbət qərar vermək üçün Rusiyanın bütün
Azərbaycan neftini, sadəcə, Rusiya ərazisindən ixrac olunması ilə
bağlı Moskvanın davam edən tələblərini Azərbaycan rədd etməli idi.
Gündüz eksklüziv olaraq Rusiya lehinə öhdəlik götürülməsi üçün
çalışan güclü nümayəndələrdən ibarət rus heyəti ilə üzləşən
Azərbaycan Prezidenti Heydər Əliyevlə gecənin gec saatlarında
görüşdüm. Bakını tərk etməzdən əvvəl Klintona Azərbaycanın ABŞ-ın
təşəbbüsü ilə bağlı öhdəlik götürdüyünü xəbər verdim. Bu gün
Bakı-Tiflis-Ceyhan kəməri Azərbaycanın (həm də Amerikanın) öz
enerji mənbələrini şaxələndirmək cəhdlərinə mühüm töhfədir”.
Asif
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ