Millət vəkilindən SƏRT İFADƏLƏR: “Nə Arif Hacılı, nə Əli Kərimli...”
Bizi izləyin

Nida Xəbər

Millət vəkilindən SƏRT İFADƏLƏR: “Nə Arif Hacılı, nə Əli Kərimli...”

“Azərbaycanın radikal müxalifəti özünə mövzu tapa bilmədiyi üçün indi də Gürcüstan hakimiyyətini ittiham edir”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə deyib.

A.Əlizadə bildirib ki, həmin anti-milli qüvvələr Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirməyə çalışır: “Azərbaycan və Gürcüstan qonşu dövlətlərdir və yaxşı münasibətləri var. Ona görə də nə Arif Hacılı, nə Əli Kərimli, nə də digər radikal qüvvələr bu münasibətlərə xələl gətirə bilər”.

Deputat qeyd edib ki, Gürcüstanda və Azərbaycanda bəzi millətçi axmaqlar var: “Allah belə pis niyyətli millətçi axmaqların cəzasını versin. İndi Gürcüstanda bütün xarici fondların nümayəndələri toplaşıb. Onlar Azərbaycandan olan anti-milli qüvvələrə də maliyyə vəsaiti ötürürlər. Gürcüstan hökuməti isə bu cür qanunsuzluqların qarşısını almaq istəyir. Ona görə də müxalifət Gürcüstanı söyməyə başlayıb. Gülməlisi odur ki, həmin müxalifət dünənə qədər Gürcüstan haqqında tərif yağdırırdı”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm