Perunun Azərbaycanda səfirliyi fəaliyyətə başladı
Bizi izləyin

Nida Xəbər

Perunun Azərbaycanda səfirliyi fəaliyyətə başladı

Luis Çanq Boldrini fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Perunun Azərbaycandakı səfirliyi fəaliyyətə başlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, iyunun 2-də səfirliyin yeni təyin olunmuş müvəqqəti işlər vəkili Luis Çanq Boldrini Azərbaycan Xarici İşlər Nazirliyində Dövlət Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə ilə görüş keçirib.

Pərvin Mirzəzadə Luis Çanq Boldriniyə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzulayıb. Luis Çanq Boldrini fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm