Nida Xəbər
I vitse-prezidentin köməkçisi: "Azərbaycan islahatlarla xarekterizə olunan mühüm mərhələ yaşayır"
Publika.az Prezident Administrasiyası Gənclər siyasəti
və idman məsələləri şöbəsinin müdiri, I vitse-prezidentin köməkçisi
Yusuf Məmmədəliyevin APA-ya müsahibəsini təqdim edir:
Yusuf Məmmədəliyev 1979-cu il 23 yanvar tarixində Bakı şəhərində
anadan olub.
O, 1995-ci ildə Səbail rayon 134 nömrəli orta məktəbi bitirdikdən
sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Dövlət və
Bələdiyyə idarəetməsi fakültəsinə qəbul olunub. 1999-cu ildə qeyd
olunan institutda bakalavr dərəcəsini aldıqdan sonra Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında
təhsilini davam etdirib. 2001-ci ildə Akademiyanın İnzibati
idarəetmə fakültəsini Dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə
fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.
1997-ci ildə 18 yaşlı Y. Məmmədəliyev Xarici İşlər Nazirliyində
diplomatik karyerasına başlayıb, 1997-2002-ci illər ərzində
nazirliyin Beynəlxalq Təşkilatlar İdarəsində referent və attaşe
vəzifələrində çalışıb.
2002-2005-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi
Nümayəndəliyində attaşe kimi fəaliyyət göstərib.
2003-cü ildə Azərbaycan Respublikası Prezident seçkilərində Leyla
Əliyevanın rəhbərliyi ilə "İlhamla İrəli" şüarı altında gənclərin
təşəbbüs qrupunun tərkibində İlham Əliyevin seçkiqabağı
kampaniyasında iştirak edib.
2005-2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsində ikinci və daha
sonra birinci katib vəzifələrində çalışıb.
2009-2011-ci illərdə Madrid şəhərində Azərbaycan Respublikasının
İspaniya Krallığındakı Səfirliyində birinci katib və müşavir
vəzifələrində fəaliyyət göstərib.
2011-2013-cü illərdə ABŞ-ın Nyu-York şəhərində yerləşən Azərbaycan
Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir və daha
sonra Daimi Nümayəndənin müavini vəzifələrində çalışıb. 2011-ci il
14 noyabr tarixində Azərbaycanın 2012-2013-cü illər üçün BMT
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi prosesində
fəaliyyətinə görə birinci dərəcəli birinci katib diplomatik
rütbəsini almışdır.
2013-cü il 1 may - 30 dekabr tarixlərində Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyində idarə rəisi vəzifəsində çalışmış, ona
birinci dərəcəli müşavir diplomatik rütbəsi verilib.
2014-cü il yanvar ayından etibarən Heydər Əliyev Fondunda ekspert
qismində və İDEA İctimai Birliyinin icraçı direktoru vəzifələrində
iş fəaliyyətini davam etdirib.
İngilis, ispan, rus və türk xarici dillərini bilir.
- Ölkə başçısının sizinlə bağlı təyinatını necə
qiymətləndirirsiniz? Bu barədə fikirlərinizi öyrənmək
istərdik.
- İlk növbədə qeyd edim ki, cənab Prezidentin Sərəncamı ilə həyata
keçirilən struktur dəyişikliyi yeni situasiyaya və çağırışlara
uyğun olaraq ölkənin ali icra orqanının fəaliyyətində dinamikliyin,
çevikliyin və optimallığın təmin edilməsi məqsədi daşıyır. Güclü
prezidentlik institutu, heç şübhəsiz, sabit və dayanıqlı
idarəçiliyin vacib şərtidir. Bildiyiniz kimi, Prezidentin köməkçi
vəzifəsinə təyinat alan şəxslər uzun illərin idarəçilik təcrübəsinə
malikdirlər. Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının strukturunda Gənclər siyasəti və idman
məsələləri şöbəsinin yaradılması da cənab Prezidentin müəyyən
etdiyi islahatlar kursunu uğurla reallaşdırmaq və qarşıya qoyulan
vəzifələri daha effektiv şəkildə icra etmək məqsədi daşıyır. Mən də
öz növbəmdə cənab Prezidentə bir daha təşəkkür edir, üzərimə düşən
məsuliyyəti dərk edir, göstərilən etimadı doğrultmağa
çalışacağam.
- Məlumat yayıldı ki, eyni zamanda I vitse-prezidentin
köməkçisi təyin olunmusunuz. Bu məlumat doğrudurmu?
- Bəli, doğrudur. Ümumiyyətlə, bu gün Azərbaycan islahatlarla
xarekterizə olunan mühüm bir mərhələni yaşayır. Hər birimizə
aydındır ki, 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumdan
sonra Azərbaycanda səmərəli və çevik dövlət idarəçiliyi
mexanizminin formalaşdırılması, icra hakimiyyəti şaqulisinin və
icra intizamının möhkəmləndirilməsi, həyata keçirilən iqtisadi
islahatların effektivliyini və ardıcıllığını təmin etmək üçün
iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi istiqamətində
məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanılmışdır.
Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması və
hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının
birinci vitse-prezidenti təyin olunması da bu mühüm islahatların
tərkib hissəsidir. Mehriban xanımın həm bir ictimai-siyasi xadim
kimi, həm də Heydər Əliyev Fondunun prezidenti kimi dövlət və xalq
qarşısında xidmətləri göz qabağındadır. Onun bu tarixi, təmənnasız
xidmətləri həm hər bir Azərbaycan vətəndaşı, həm də xarici
dövlətlər və qurumlar tərəfindən təqdir olunur. Məhz bu səbəbdən I
vitse-prezidentin köməkçisi vəzifəsinin qarşıma çox vacib
öhdəliklər və məsuliyyət qoyduğunu yaxşı anlayıram.
- Sizin vəzifəniz yeni təsis olunub. Müvafiq sahə və
istiqamətlə bağlı fikirlərinizi bilmək maraqlı olar. Hər hansı yeni
layihələr nəzərdə tutulurmu?
- Gənclər və idman məsələləri ümummilli lider Heydər Əliyevin
müəyyənləşdirdiyi və bu gün cənab prezident İlham Əliyevin uğurla
davam etdirdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən
biridir. Dövlət tərəfindən gənclərə diqqət və qayğı hər il artır.
Gənc nəslin ölkənin innovativ potensialı olduğunu nəzərə alaraq, bu
istiqamətdə onların fəaliyyətini təşviq etmək, gənclərlə intensiv
fikir mübadiləsi həyata keçirmək, ən əsası isə rəqabətə davamlı
kadrların formalaşdırılması, zənnimcə, hazırda qarşıda duran
prioritet istiqamətlərdəndir. Dünyanın inkişaf etmiş ölkələrində
yeni, enerjili və produktiv gənc nəslin həm zehni, həm fiziki
imkanları ölkənin iqtisadi, mədəni və sosial inkişafın əldə
edilməsinə təsir göstərir. Hazırda, Azərbaycanda bütün sahələrdə
professional mühit cavanlaşır.
Qeyd edim ki, bu gün Azərbaycanda gənclər siyasətinin qarşısında
duran əsas məqsədlər gənclərin vətənpərvərlik ruhunun yüksək
olması, onların yaxşı təhsilə yiyələnməsi, asudə vaxtlarının
səmərəli keçirilməsi, idman sahəsində uğurlarının daha da
artırılması, məşğulluq, sağlamlıq, sosial və s. problemlərinin
həllinə dəstək olmaqdır.
Azərbaycanda həyata keçirilən idman siyasəti nəticəsində ölkə artıq
mötəbər beynəlxalq yarışların keçirildiyi məkana çevrilib.
Gənclərin özlərinin və gələcək övladlarının gələcəyini məhz Vətəndə
görməsi üçün daima onlara dəstək olacağıq.
Dünyanın müasir çağırışlarına adekvat olaraq belə bir strukturun
yaradılması, ölkə başçısının və I vitse-prezidentin dəstəyi ilə
fəaliyyətimizin nəticəsində uğur qazanan Azərbaycan gəncliyi
olacaq.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK