FHN: Kinoloji taborun itinin şagirdlərə hücum etməsi ilə bağlı xəbərlər əsassızdır
Bizi izləyin

Nida Xəbər

FHN: Kinoloji taborun itinin şagirdlərə hücum etməsi ilə bağlı xəbərlər əsassızdır

"Bəzi kütləvi informasiya vasitələrində iyunun 1-də Xırdalan şəhərində yerləşən, Cəbrayıl rayonuna aid məktəbin şagirdlərinin Fövqəladə Hallar Nazirliyinin (FHN) kinoloji taboruna məxsus itlərdən birinin hücumuna məruz qalması barədə əsassız məlumat yayılıb".

Bu barədə Publika.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Qurumdan verilən məlumata əsasən, qeyd olunan məktəbin yaxınlığında yerləşən FHN-ə məxsus qurumda itlər saxlanılmır: "Bir daha diqqətə çatdırırıq ki, yayılmış məlumatın heç bir əsası yoxdur"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm