Aydın Mirzəzadə: "Antiazərbaycan qüvvələrin bu cəhdi iflasa uğradı"
Bizi izləyin

Nida Xəbər

Aydın Mirzəzadə: "Antiazərbaycan qüvvələrin bu cəhdi iflasa uğradı"

Bəzi antiazərbaycan qüvvələrin Əfqan Muxtarlının həbsini siyasiləşdirərək Azərbaycan-Gürcüstan münasibətlərinə təsir cəhdi növbəti dəfə iflasa uğradı.

Publika.az xəbər verir ki, bunu trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, həmin qüvvələr daim Azərbaycana qarşı faktlar axtarıb, ölkənin imicinə mənfi təsir etmək istəyib: "Bu əvvəllər də olub. Azərbaycan dövləti möhkəmləndikdən, həmin qüvvələrin əlləri boşa çıxdıqdan sonra onlar qonşu ölkələrdə, xüsusən də Gürcüstanda saxta mərkəzlər yaratmaqla Azərbaycan əleyhinə təbliğat aparmağa başlayıblar. Onlar Azərbaycandan olan zəif iradəli insanları pulla ələ almaqla ölkəmizə qarşı istifadə ediblər. Bu prosesdə maliyyə dəstəyi çox böyük rol oynayır".

A.Mirzəzadə qeyd edib ki, Əfqan Muxtarlıya gəlincə o, jurnalist fəaliyyətinə görə həbs olunmayıb: "Bu şəxs sərhəd qaydalarını pozub, sərhədçilərə müqavimət göstərdiyi üçün saxlanılıb. Gürcüstanda fəaliyyət göstərən həmin saxta mərkəzlər Azərbaycana qarşı təxribatlar hazırlayır. Həmin mərkəzlərin hətta Ermənistan xüsusi xidmət orqanlarına xidmət etməsini də istisna etmək olmaz. Çünki Ermənistan əksər hallarda Gürcüstan üzərindən Azərbaycana qarşı provakasiyalar hazırlayır. Ermənistan mətbuatının Əfqan Muxtarlını müdafiə etməsi də onu göstərir ki, bu işdə Ermənistanın rolu var. Mən hesab edirəm ki, bu qüvvələrin dəfələrlə ifşa olunması onlara dərs olmalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm