ÜAK-ın bölmə rəhbərləri Rusiya prezidentinə müraciət etdi
Bizi izləyin

Nida Xəbər

ÜAK-ın bölmə rəhbərləri Rusiya prezidentinə müraciət etdi

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) regional bölmələrinin rəhbərləri Rusiya prezidenti Vladimir Putinə müarcət edib.

Publika.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, təşkilatın Rusiya üzrə 62 regional bölməsinin rəhbəri adından ünvanlanan müraciət Rusiya Ali Məhkəməsinin ÜAK-ın qeydiyyatının ləğv edilməsi qərarı ilə bağlı olub.

Müraciətdə deyilir: "Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti yarandığı gündən Rusiyada vətəndaş sülhünün və millətlərarası dostluğun möhkəmlənməsinə istiqamətlənib. Biz, demək olar ki, Rusiyanın bütün regionlarında XX yüzilliyin 90-cı illərinin əvvəlində, SSRİ-nin süqutu dövründə regionlarda yaşayan xalqlar arasında tükənmiş milli birlik, dostluq və qardaşlıq dəyərlərini diriltdik. Regional təşkilatlar Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları arasında qarşılıqlı sərfəli əməkdaşlıq meydançasının genişləndirilməsinə yardım edib. ÜAK-ın regional bölmələri Azərbaycan əsilli vətəndaşların Rusiyanın mədəniyyət və hüquq sahəsinə inteqrasiyasına yardım etmək üçün böyük işlər görüb".

Müraciətdə o da qeyd olunub ki, ÜAK-ın ləğvi müxtəlif destruktiv qüvvələrin və təşkilatların həmyerlilərimizi öz tərəflərinə çəkməsinə səbəb ola bilər ki, bu da mənfi nəticələr veriə bilər: "Biz Ümumrusiya İctimai Təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin Rusiyadakı Azərbaycan diasporunun gələcək inkişafına dair bir sıra böyük siyasi, sosial-iqtisadi, mədəni və digər məsələlərin həllində vacib və aktiv rol oynadığını nəzərə alaraq, ölkənin ali rəhbərliyindən Rusiya Ali Məhkəməsinin ÜAK-ın ləğv edilməsi qərarı ilə bağlı yaranan vəziyyətə anlayışla yanaşmasını xahiş edirik. Ümid edirik ki, Rusiya Federasiyasının yuxarı məhkəmə instansiyaları dəlillərimizə və narahatlığımıza diqqətlə yanaşacaq, iki ölkənin və qardaş xalqların rifahı naminə bundan sonra uğurlu fəaliyyətə yardım edəcək müsbət qərar qəbul edəcəklər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm