Müxalifətdən Azərbaycana qarşı erməni vandallığı
Bizi izləyin

Nida Xəbər

Müxalifətdən Azərbaycana qarşı erməni vandallığı

Bir neçə gün əvvəl Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Əfqan Muxtarlınin həbs olunmasından sonra antiazərbaycan qüvvələr “5-ci kolon”la əlbir olaraq Gürcüstanın müxtəlif hakimiyyət orqanları qarşısında aksiya keçirirlər. Sistemli iş aparmaq, məsələyə Gürcüstanın siyasi dairələrini cəlb etməyə çalışmaq və ayrı-ayrı parlament təmsilçilərindən reaksiyalar almaqla Azərbaycana təzyiq etməyə cəhd edirlər.

"5-ci kolon" təmsilçiləri xeyli müddətdir ki, sözügedən təxribatçı fəaliyyətlərini rellaşdırmaq üçün qonşu Gürcüstan dövlətinin ərazisini “plasdarm”a çevirməyə çalışır. Lakin son günlərdə Azərbaycan və Gürcüstanın hüquq-mühafizə orqanlarının birgə səyləri nəticəsində həmin anti-Azərbaycan şəbəkəsi, onu dəstəkləyən dairələr, onların maliyyə təminatı və digər bu kimi məsələlər ifşa edilib, bu təxribatçı fəaliyyətin qarşısının alınması üçün tədbirlər həyata keçirilib. O cümlədən, heç bir peşə nüfuzu olmayan, bu günə qədər sırf “5-ci kolon” təmsiliçisi kimi fəaliyyət göstərən Əfqan Muxtarlının hüquqi məsuliyyətə cəlb olunması da qonşu dövlətdəki anti-Azərbaycan şəbəkənin fəaliyyətinə sarsıdıcı zərbə vurub, bu şəbəkənin tərksilah olunmasında yüksək effekt verib.

Lakin Azərbaycanın hüquq mühafizə orqanlarının hüququn aliliyinin və dövlətin təhlükəsizliyinin təmin olunması yönündə həyata keçirdiyi bu tədbirlər erməni lobbisinin və “5-ci kolon” təmsilçilərinin ciddi narahatlığına səbəb olub. Onlar guya Əfqan Muxtarlının və digərlərinin müdafiəsinə qalxdıqlarını bildirsələr də, əslində yenə də məqsəd Azərbaycana qarşı kampaniyanın təşkilidir. “Yeni Azərbaycan" qəzetinin əldə etdiyi məlumatlara əsasən, hazırda radikal müxalifət təmsilçiləri xarici antiazərbaycan mərkəzlərin təlimat və tapşırıqlarına əsasən ölkəmizə qarşı təxribat planları həyata keçirməyə hazırlaşır. Bu istiqamətdə Gürcüstan ərazisində də təxribat xarakterli addımların atılması istisna deyil. Bununla Gürcüstan və Azərbaycan arasında olan dostluq münasibətlərini pozmağa və iki dost ölkə arasında gərginlik yaratmağa cəhd olunur. Digər tərəfdən, Azərbaycan Silahlı Qüvvələrinin son zamanlarda cəbhə xəttində mühüm uğurlar qazanması, düşmən qarşısında öz gücünü təsdiq etməsi fonunda antiazərbaycan şəbəkəsinin ölkəmizə qarşı fəallaşması Ermənistanın məqsədlərinə xidmət göstərməkdir.

Əlbəttə ki, qonşu dövlətin ərazisində Azərbaycan xalqını, tarixini, dövlətçiliyini təbliğ edən abidələrə zərər vurmaq həm qeyri-insani bir davranış, həm də Azərbaycan dövlətinə qarşı təxribat cəhdidir. Bu, radikal müxalifət adını özünün yarlığına, siyasəti qanunsuz fəaliyyət üçün qalxana çevirənlərin əxlaqdan nə qədər yoxsul olduqlarını göstərir. Müxalifət bu davranışı ilə Azərbaycana qarşı erməni vandallığı ortaya qoyur, dövlətimizə, xalqımıza münasibətdə ermənilərlə bir cəbhədə yer aldığını növbəti dəfə sübuta yetirir. (aznews.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm