Nida Xəbər
XİN-dən Aİ və Dövlət Departamentinin açıqlamalarına REAKSİYA
“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun mətbuat xidmətinin 1 iyun 2017-ci il tarixli birgə məlumatında Azərbaycan vətəndaşı Əfqan Muxtarlının saxlanması barədə dəqiq məlumat verilib”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ə.Muxtarlı ilə bağlı Avropa İttifaqı və ABŞ Dövlət Departamentinin müvafiq olaraq 3 və 4 iyun tarixli açıqlamalarını şərh edərkən deyib.
O bildirib ki, Gürcüstanın müvafiq dövlət qurumlarının da məsələ ilə əlaqədar açıqlaması var: "Hüquq müstəvisində olan bu məsələnin siyasiləşdirilməsi cəhdlərini düzgün hesab etmirik. Sözügedən məsələni qəsdən siyasiləşdirərək uğursuz şəkildə Azərbaycan-Gürcüstan əlaqələrinə xələl yetirməyə çalışan dairələr heç zaman öz məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan və Gürcüstan arasındakı tarixi dostluq və strateji tərəfdaşlıq münasibətləri ortaq maraqlara, qarşılıqlı faydalı əməkdaşlığa və hörmətə, bir-birinin daxili işlərinə qarışmamaq və birinin ərazisindən digərinə qarşı istifadə edilməsinə yol verməmək kimi prinsiplərə əsaslanır".
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR