• USD 1,7000 0,00% EUR 1,9020 -0,40%
    • GBP 2,1349 +0,18% RUB 0,0265 +0,38%

Terrorla mübarizədə həlak olan şəxsin ailəsinə veriləcək müavinətin miqdarı açıqlandı

Terrorla mübarizədə həlak olan şəxsin ailəsinə veriləcək müavinətin miqdarı açıqlandı

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

Parlamentdən verilən məlumata görə, komitənin sədri, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, gündəliyə “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunun 1-ci və 14-cü maddələrinə dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib.

Qanunun 1-ci maddəsinə edilən dəyişikliyə görə, maddənin üçüncü və beşinci abzaslarında “terrorçu” və “terror təşkilatı” anlayışları genişləndirilir və onların izahı daha dolğun şəkildə verilir. 14-cü maddədə isə deyilir ki, terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror əleyhinə aparılan əməliyyatlar zamanı həlak olduqda və ya xidmətini davam etdirməyə imkan verməyən dərəcədə xəsarət aldıqda ona və ya onun ailəsinə dövlət büdcəsi hesabına orta aylıq əmək haqqı məbləğinin müvafiq olaraq yüz və ya doxsan misli miqdarında birdəfəlik müavinət ödənilir. Bu maddəyə təklif olunan dəyişikliyə görə isə həmin müavinət nağdsız qaydada ödəniləcək ki, bu da “Nağdsız hesablaşmalar haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Çıxış edən Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib ki, bu dəyişikliklər terrorizmə qarşı mübarizə sahəsində müəyyən olunmuş beynəlxalq standartlardan irəli gəlir və onlara uyğundur. O bildirib ki, qanuna edilən bu dəyişikliklər hüquq mühafizə orqanlarına terrorizmlə daha effektiv mübarizə aparmağa kömək edəcək.

Hər iki dəyişiklik Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib. (apa)

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR