Nida Xəbər
Putin agentlərini Qarabağa göndərdi - MƏXFİ PLAN İŞƏ DÜŞDÜ
Rusiya Ermənistandakı Erubuni hərbi bazasına MiQ-29
təyyarələri göndərəcək. “Voennoye obozreniye” nəşrinin məlumatına
görə, Rusiyanın Kurskda yerləşən Qərb Hərbi Dairəsinin 14-cü
alayına məxsus Xalino aerodromuna çoxtəyinatlı “Su-30SM” qırıcı
təyyarələri gətiriləcək.
“Alayda olan “MiQ-29” təyyarələrinin yeni təyyarələrlə əvəzlənməsi
prosesi aparılır. Alayda 6 ədəd “Su-30CM” olmaqla, ümumilikdə 12
təyyarə olacaq. Alayın yeni texnika ilə təmin olunması nəticəsində
çox da böyük yaşı olmayan “MiQ-29”lar hansısa digər aviasiya
polkuna göndəriləcək. Bu, ehtimal ki, Ermənistandakı Erebuni hərbi
bazası olacaq”, - deyə nəşr qeyd edir.
Rusiyanın Ermənistandakı hərbi bazasını gücləndirməsinin səbəbləri
maraqlıdır.
Publika.az xəbər verir ki, erməni jurnalist Sarqis
Artsruni “Rusiya Ermənistandakı hərbi bazasını niyə gücləndirir”
sualını araşdırıb.
Erməni jurnalist yazır ki, Ermənistanın müstəqilliyi formaldır:
“Bizim ölkəmiz daha çox ön mövqe, poliqon rolunu oynayır. Erməni
hakimiyyəti də sərbəst siyasətə malik olan subyekt deyil və birbaşa
Moskvaya itaət edir. İndi əsas sual 2018-ci ildən – Serj
Sarkisyanın prezident səlahiyyətləri başa çatandan sonra nələrin
olacağıdır. Hesab etmək olar ki, rusların hərbi bazanı
möhkəmləndirməsi məhz 2018-ci ildən sonrakı dövrə hesablanıb”.
Erməni jurnalist Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi,
politoloq Sergey Markovun “Rusiya istəməzdi ki, Ermənistan onun
geosiyasi rəqibləri tərəfindən tutulsun” sözlərini xatırladır.
“Markovun sözləri bir az sərt səslənə bilər, lakin vəziyyəti
tamamilə obyektiv əks etdirir. Bədbəxtlikdən, Ermənistan Rusiyanın
poliqonuna çevrilib və Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT)
ilə Avrasiya İqtisadi İttifaqının maraqlarına xidmət edir. Moskva
üçün Ermənistanın maraqları lüzumsuzdur”, - deyə o qeyd edir.
S.Artsruni məqaləsində maraqlı bir məqamı da açır. Yazır ki, son
dövrlər Rusiya xüsusi xidmət orqanlarının agentləri Ermənistana və
Qarabağa baş çəkir: “Bu informasiya müxtəlif mənbələrlə
təsdiqlənib. Rusiya agentlərinin Qarabağa baş çəkməsinin səbəbləri
nədir? Bu sualın əsas cavabı belədir: onların əsas hədəfi
Qarabağdakı əhalinin ərazilərin Azərbaycana qaytarılması ilə bağlı
əhval-ruhiyyəsini öyrənməkdir. Hazırda Qarabağ Rusiya xüsusi xidmət
orqanlarının hədəfindədir. Rusiya agentləri ərazilərin Azərbaycana
qaytarılması prosesini hazırlayır”.
Erməni jurnalist bütün bunların fonunda Rusiyanın Ermənistandakı
hərbi bazasının gücləndirilməsinin təsadüfi olmadığını yazır.
“Rusiya Suriyadakı əməliyyatları üçün Ermənistanı poliqona
çevirəcək və bizim ölkəni qanlı müharibəyə sürükləyəcək”, - deyə o
qeyd edib.
Asif
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı