Çexiyada Azərbaycan-Avropa Ticarət Palatası açıldı
Bizi izləyin

Nida Xəbər

Çexiyada Azərbaycan-Avropa Ticarət Palatası açıldı

Azərbaycanın Çexiyadakı səfirliyində Azərbaycan-Avropa Ticarət Palatasının açılış mərasiminə həsr edilmiş ziyafət keçirilib.

Açılış mərasimində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Azərbaycan-Çexiya ikitərəfli iqtisadi əməkdaşlığın mövcud durumu və perspektivləri barədə çıxış edərək, səfirlik tərəfindən Azərbaycan-Avropa Ticarət Palatasının fəaliyyətinə dəstəyini ifadə edib.

Daha sonra Ticarət Palatasının təsisçilərindən biri David Snaşel palata və onun gələcək fəaliyyəti haqqında məlumat verib və dəstəyə görə Azərbaycan səfirliyinə təşəkkürünü bildirib.

Tədbirdə Çexiya dövlət qurumlarının nümayəndələri və bu ölkədə fəaliyyət göstərən özəl sektorun təmsilçiləri iştirak edib. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm