Rusiya Qarabağa yeni raket sistemi göndərdi: Azərbaycan təyyarələri HƏDƏFDƏ - FOTO
Bizi izləyin

Nida Xəbər

Rusiya Qarabağa yeni raket sistemi göndərdi: Azərbaycan təyyarələri HƏDƏFDƏ - FOTO

Ermənistan Rusiyadan yeni raket sistemləri alıb.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın hava hücumundan müdafiə qüvvələrinin rəis müavini, polkovnik Artur Poqosyan deyib.

Erməni polkovnik deyib ki, Rusiyadan aldıqları silahlar Azərbaycan vertolyotlarına və pilotsuz uçuş aparatlarına zərbə endirəcəklər. Yeni alınan “İqla-S” və “Verba” zenit raketləridir.

A.Poqosyan bu silahların 2015-ci ildə Rusiya ilə imzalanmış 200 milyon kredit müqaviləsi çərçivəsində alındığını bildirib.

Rusiyanın “Hərbi” informasiya agentliyi isə yazır ki, Ermənistan Rusiyadan aldığı raketləri Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirəcək.

“2016-cı ildəki döyüşlərdə Ermənistan Dağlıq Qarabağın hava müdafiəsində problemlərin olduğunu anladı. Azərbaycan erməni hərbi birləşmələrinə ağır zərbələr endirdi. “İqla-S” və “Vebra” raketləri aşağıdan uçan təyyarə və pilotsuz aparatlarını vurmaq üçün nəzərdə tulur, həmçinin, bu raketlər hədəfi istiliklə tapa bilir. “Vebra” aşağıdan uçan və gözə çarpmayan hədəfləri 6,5 kilometrə qədər vurmaq qabiliyyətinə sahibdir”, - deyə agentlik qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm