Türkmənistan Azərbaycana səfir təyin etdi
Bizi izləyin

Nida Xəbər

Türkmənistan Azərbaycana səfir təyin etdi

Mekan İşanqulıyev Türkmənistanın Azərbaycanda səfiri təyin edilib.

Trend-in məlumatına görə, müvafiq sənədləri cümə günü Türkmənistan prezidenti Qurbanqulı Berdımuhamedov hökumət iclasında imzalayıb.

Dövlət başçısının qərarı ilə Mekan İşanqulıyev yeni vəzifəyə təyinatı ilə əlaqədar Türkmənistanın Rusiyada (Həştərxan şəhəri) səfiri vəzifəsindən azad edilib.

Fərman əsasən, ona Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilib və o, Türkmənistanın Azərbaycandakı (Bakı şəhəri) Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm