Natiq Əliyev II Fəxri xiyabanda dəfn olundu - FOTOLAR - (YENİLƏNİR)
Bizi izləyin

Nida Xəbər

Natiq Əliyev II Fəxri xiyabanda dəfn olundu - FOTOLAR - (YENİLƏNİR)

N.Əliyevin cənazəsi II Fəxri xiyabanda torpağa tapşırılıb.

***

Energetika naziri Natiq Əliyevlə vida mərasimi başa çatıb.

Mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov N.Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib, "Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, digər neft və qaz layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını qeyd edib.

ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə, "Azərenerji" ASC prezidenti Etibar Piverdiyev, "Azərişıq" ASC-nin sədri Balababa Rzayev N. Əliyevin Azərbaycanın maraqları uğrunda çalışdığı, onun dövlətçiliyimiz qarşısında xidmətlərini, Azərbaycanın neft strategiyasının həyata keçirilməsində mühüm rolunu vurğulayıblar.

Mərhumun oğlu Fərhad Əliyev atasının müalicəsi və həyata qaytarılması üçün göstərilən səylərə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib.

Atasının xatirəsini əziz tutaraq vida mərasiminə qatılanlara da minnətdarlığını bildirib.

Bununla da vida mərasimi başa çatıb.

***

Bakı Mədəniyyət Mərkəzində energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilir.

Publika.az xəbər verir ki, mərasim "Quran" oxunması ilə başlayıb.

Mərasimdə dövlət və hökumət təmsilçiləri, ictimai-siyasi xadimlər, deputatlar, tanınmış iş adamları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri iştirak edirlər.

Cənazənin ətrafında hökumət qurumları və müxtəlif kollektivlərin adından əklillər düzülüb.

Mərhum nazirin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti və Vitse-prezidenti adından əklil qoyulub.

Baş nazir Artuq Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazirin müavinləri Yaqub Eyyubov, Abid Şərifov, nazirlər Kəmaləddin Heydərov, Ramil Usubov, Zakir Həsənov, Samir Şərifov, Əbülfəz Qarayev, Azad Rəhimov, Ramin Quluzadə, baş prokuror Zakir Qaralov, SOCAR prezidenti Rövnəq Abdullayev, "Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyev, Komitə sədrləri Mübariz Qurbanlı, Ramiz Həsənov, tanınmış azərbaycanlı iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Fərhad Əhmədov və digər şəxslər vida mərasiminə qatılıb.

Natiq Əliyevin həmkarları, dostları, tanışları axın-axın mərkəzin binasına gəlir, ictimai-siyasi xadimə və gözəl insana son borclarını verirlər.

Könül Cəfərli

Fotolar Nurlan Gülməmmədovundur

***

İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə gətirilib.

Mərkəzin səhnəsində qoyulan cənazənin ətrafına Azərbaycan Prezidentindən və digər ünvanlardan göndərilən əklillər düzülüb.

Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.(apa)

***

İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi bu gün səhər Bakıya gətirilib.

APA-nın əməkdaşı Heydər Əliyev Beynəlxalq Aeroportundan xəbər verir ki, cənazə vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə aparılıb.

Vida mərasiminin ardından N. Əliyev bu gün Fəxri xiyabanda torpağa tapşırılacaq.

***

İstanbulda vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin cənazəsi xüsusi təyyarə ilə Bakıya yola salınıb.

Publika.az APA-ya istinadən xəbər verir ki, bu gün onunla vida mərasimi keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Natiq Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm