Putinin Qarabağa pul göndərənləri və İrəvanın “son qalası”nı yox etmək PLANI
Bizi izləyin

Nida Xəbər

Putinin Qarabağa pul göndərənləri və İrəvanın “son qalası”nı yox etmək PLANI

Rusiya ABŞ-dakı erməni lobbisini neytrallaşdırmağa çalışır.

Publika.az
xəbər verir ki, bu barədə “lragir” saytı yazıb.

Sayt qeyd edir ki, Ermənistan və Rusiya XİN rəhbərlərinin müavinləri səviyyəsində ABŞ və Kanada ilə əməkdaşlıq üzrə məsləhətləşmələr keçirib: “İkitərəfli müqavilələrə əsasən, Ermənistan və Rusiya beynəlxalq arenada addımlarını uyğunlaşdırır. Lakin bu uyğunlaşdırma bir qayda olaraq Ermənistanın anti-Rusiya qətnamələrinə qarşı çıxmasından ibarətdir. Yaxud, anti-Rusiya qərarları zamanı Ermənistan susmağa üstünlük verərək, Rusiyanın dediyinə dinməz-söyləməz itaət edir. ABŞ və Kanada ilə münasibətlər üzrə məsləhətləşmələrin keçirilməsi nədən irəli gəlir? Mümkündür ki, məsələ Ermənistan yox, ABŞ-dakı erməni diasporu və lobbisi ilə bağlıdır”.

Sayt əlavə edir ki, Konqresdə ABŞ-Ermənistan dostluq qrupunun tərkibi bütövlükdə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb edən konqresmenlərdən ibarətdir: “Bu konqresmenlər Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etdiyi fikrinin üzərində israrla dayanır. Rusiya da Ermənistan vasitəsilə ABŞ-dakı erməni diasporunu və onların təsir etdiyi Konqres üzvlərini neytrallaşdırmaq, sıradan çıxarmaq istəyir”.

Qeyd edək ki, ABŞ-dakı erməni diasporu və lobbisi İrəvanın arxalandığı əsas gücdür. Məhz onların vasitəsilə Ermənistana, həminin, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə maliyyə yardımları ayrılır. Bu baxımdan, erməni diasporu və lobbisi Ermənistanın “son qalası” hesab edilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm