Nazirlər Natiq Əliyevə görə Bakıya gələcəklər
Bizi izləyin

Nida Xəbər

Nazirlər Natiq Əliyevə görə Bakıya gələcəklər

Onlar sabiq nazirin məzarını ziyarət edəcəklər.

Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri Aleksandr Novak və Xalid əl-Falih bu gün Azərbaycana gələcək.

Bu barədə "İnterfaks-Azerbaydjan" agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb.

A.Novak vəF. əl-Falih bu həftə vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin xatirəsini yad etmək üçün Bakıya gəlir. Onlar sabiq nazirin məzarını ziyarət edəcəklər.

Qeyd edək ki, N. Əliyev dünən İkinci Fəxri Xiyabanda dəfn edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm