İlham Əliyevlə Ərdoğanın MƏXFİ QARABAĞ PLANI: Ermənistan amansız nəticələrlə ÜZ-ÜZƏ
Bizi izləyin

Nida Xəbər

İlham Əliyevlə Ərdoğanın MƏXFİ QARABAĞ PLANI: Ermənistan amansız nəticələrlə ÜZ-ÜZƏ

Ermənistan mediası 1998-ci ildə Süleyman Dəmirəllə Heydər Əliyevin Qarabağ planını yenidən gündəmə gətirib.

Publka.az
xəbər verir ki, Türkiyə və Azərbaycan işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərin azad olunması üçün birgə plan hazırlayıb.

Bu planda işğal olunmuş ərazilərin azad olunması üçün Azərbaycanın iqtisadi, siyasi və hərbi sferada güclənməsi, Ermənistanın beynəlxalq mühasirəyə alaraq zəiflədilməsi, beynəlxalq müstəvidə güclənmək nəzərdə tutulur. Bu plan hələ də qüvvədədir.

Erməni politoloq İqor Muradyan “Türkiyə və Azərbaycanın Qarabağ planı” adlı məqaləsində yazır ki, Ankara beynəlxalq müstəvidə Bakının maraqlarını sıx şəkildə müdafiə edir: “Hər iki ölkə vahid siyasət yürüdürlər və hər iki paytaxtda hesab edirlər ki, Qarabağın azad edilməsi üçün əlverişli məqam yetişib. Ankara həqiqətən çalışır ki, münaqişə həll edilsin və Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Bunun üçün Türkiyə öz ssenarisini işə salır”.

Erməni politoloqa görə, Türkiyə Qərb və Rusiya arasında yaranmış ziddiyyətlərə əsaslanan kombinasiya qurub.

“Yaranmış vəziyyət belədir: Avropa İttifaqı Ermənistana müstəqilliyini itirmiş ölkə kimi baxır, ABŞ İrəvanın NATO ilə əməkdaşlığını istəsə də, artıq bunun mümkünsüzlüyünü anlayıb. Rusiya Ermənistanın təcrid olunmuş vəziyyətindən istifadə edərək, istənilən qərarı onun boynuna qoya bilər. Qərbdə əla anlayırlar ki, Rusiya yaramış imkanı qaçırmayacaq və Ermənistanın maraqlarını bir kənara qoyaraq, Türkiyə və Azərbaycanla razılaşmağa çalışacaq. Təbii ki, hər şeydən öncə söhbət Qarabağ məsələsində razılaşmadan gedir”, - deyə o bildirib.

İ.Muradyan planın digər hissəsini də açıqlayıb. Onun fikrincə, ikinci hissədə də nəticələr Azərbaycanın xeyrinədir: “Qərb Ermənistanın müstəqilliyini itirdiyini qəbul edəndən sonra, gücü Azərbaycana verir. Yəni Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması üçün bu variantdan istifadə edir. Bu, asan məsələ olmasa da, demək olar ki, həll edilib. Bu ssenari üzrə Rusiya Cənubi Qafqazda sıxışdırılır, Ermənistan isə oyun səhnəsindən tamamilə yox olur. Artıq Vaşinqtondakı analitiklər anlamağa imkan verir ki, Amerika ssenarisinə görə, regionda Türkiyə və Azərbaycanla irəliləmək lazımdır, bunun üçün də Ermənistanla bağlı məsələ həll edilməlidir. Qərb Rusiyaya qarşı siyasi və iqtisadi müharibəni elan edib və bu Ermənistanın amansız nəticələrə üz-üzə qalacağı deməkdir. Ankara və Bakı yaranmış bu əlverişli şəraitdən istifadə edir. Hazırda Ermənistanın siyasi rəhbərliyi son dərəcədə ümidsiz vəziyyətdədir. Çünki Avrasiya İqtisadi İttifaqına daxil olmaqla, Avropa İttifaqı ilə münasibətlərdəki “yaşıl işığı” itirdib”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm