Azərbaycandan gedənlər QARABAĞA YERLƏŞDİRİLİR: İrəvandan QORXUNC ADDIM
Bizi izləyin

Nida Xəbər

Azərbaycandan gedənlər QARABAĞA YERLƏŞDİRİLİR: İrəvandan QORXUNC ADDIM

“Erməni anaları övladlarını Dağlıq Qarabağda hərbi xidmətə göndərməkdən imtina edirlər”.

Publika.az
xəbər verir ki, bu barədə Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

Onun sözlərinə görə, erməni analar 2016-cı ildən başlayaraq, işğal edilmiş Azərbaycan torpaqlarında övladlarının ölməsinə qarşı çıxır və “bu torpaqlarda nə işimiz var” deyə üsyan edirlər: “Ermənistanın Rusiya sayəsində işğal etdiyi Azərbaycan torpaqlarına hərbi xidmətə çağırdığı gənclər bundan imtina edirlər. Erməni analar işğal edilmiş Dağlıq Qarabağda əsgərlik etməyin Rusiyaya xidmət olduğunu düşünür. Onlar 2016-cı ildən başlayaraq, Ermənistan prezidenti Serj Sarkisyana etiraz edirlər. Bildirirlər ki, “Oğlum Qarabağda niyə ölsün?!”.



G.Gülbey qeyd edib ki, Ermənistanda əsgərlik yaşı çatmış gənclər ya Avropaya, ya da Rusiyaya qaçır: “Buna görə də Ermənistan gözünü İranda qanunsuz yolla yaşayan 3 milyon əfqan köçkünə dikib. Əfqanların Avropa xəyallarından istifadə edərək, muzdlu əsgər kimi qəbul edir və Qarabağa yerləşdirirlər. Ermənistanın öz əsgəri getdikcə azalır. Demək olar ki, bu ölkənin sərhədini qoruyacaq əsgər qalmayıb”.

Qeyd edək ki, G.Göksel bir müddət öncə Ermənistanın 8 min muzdlu əfqan döyüşçüsünü Qarabağa gətirdiyini açıqlamışdı.

Publika.az-ın araşdırmasında Qarabağa gətirilən əfqanlarla bağlı maraqlı məqamlar ortaya çıxıb. Belə ki, muzdlu döyüşçülər İran vasitəsilə Ermənistana gəlir. Onlar şiə məzhəbinə mənsub olan əfqanlardır. Ehtimal olunur ki, onlar arasında vaxtilə Azərbaycandan getmiş və bu gün Əfqanıstanda kompakt şəkildə yaşayan qızılbaşlar da var. Hesab etmək olar ki, Ermənistan İranın dəstəyi ilə Azərbaycan Ordusuna qarşı Azərbaycan əsilli olan muzdlu döyüşçüləri çıxarır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm