Nida Xəbər
Rusiyadan Qarabağ AÇIQLAMASI
“Dağlıq Qarabağ münaqişəsinin həllinə Azərbaycan və Ermənistan rəsmilərinin öz baxışları var”.
Publika.az-n Apa-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin əsas götürülməsinin vacibliyini bəyan etməsi ilə bağlı erməni jurnalistin sualına cavabında deyib.
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı format mövcuddur. Bu, həqiqətən də köhnə problemdir, hansı ki, burada kompromisin tapılmasına ehtiyac var. Kompromisin axtarılması tərəflərin mövqelərinin - bir-birinə nə qədər zidd olmasından asılı olmayaraq - yaxınlaşdırılmasıdır. Hazırkı vəziyyət münaqişənin həllini tələb edir. Məhz ona görə də son zamanlar təmaslar intensivləşib. Təmaslar müxtəlif formatlarda keçirilir. Rusiya bu formatın iştirakçısı kimi kompromisin tapılması üçün əlindən gələni edir. Əlbəttə istərdik ki, kompromis tez tapılsın, nə qədər tez tapılsa, bir o qədər yaxşıdır. Ancaq bu kompromis iki ölkənin xalqının gələcəyinə və əlbəttə ki, Dağlıq Qarabağda yaşayan insanların gələcəyinə ziyan verməməlidir", - deyə Rusiya XİN-in sözçüsü bildirib.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı